Əsas Səhifə > Dünya > Apellyasiya məhkəməsi Trampın qadağasına baxır

Apellyasiya məhkəməsi Trampın qadağasına baxır


7-02-2017, 08:29
Apellyasiya məhkəməsi Trampın qadağasına baxır
Bu gün –fevralın 7-də ABŞ Apellyasiya Məhkəməsində prezident Donald Trump-ın qadağasıyla bağlı dinləmələr olacaq.

San-Fransiskodakı Apellyasiya Məhkəməsi ABŞ-ın Ədliyyə Nazirliyi, həmçinin Vaşinqton və Minnesota ştatlarından da vəkillərin dinləmələrə qatılmasını istəyib.

Fevralın 3-də Sietl məhkəməsi D.Trump-ın miqrantların girişini yasaqlayan sərəncamını bloklayıb. Beləliklə, qadağanın şamil olunduğu ölkələrin—İran, İraq, Suriya, Yəmən, Livan, Somali və Sudan vətəndaşlarının ölkəyə girə bilməsinə şərait yaranıb.

Ədliyyə Nazirliyi dünən yaydığı məlumatda bildirib ki, məhkəmənin qərarı çox geniş kütləyə təsir edir, onu yalnız ABŞ-a giriş icazəsi olanlara, gedib-qayıtmaq istəyənlərə şamil etmək lazımdır.

D.Trump bu sərəncamıyla xalqını terrorçulardan qorumağa çalışdığını, rəqibləri isə qadağanın ayrı-seçkilik saldığını, insan haqları, ABŞ dəyərlərinə zidd olduğunu deyirlər.

Geri qayıt