Əsas Səhifə > Dünya, Güney Press > ABŞ helikopteri İŞİD-in olduğu əraziyə enib
ABŞ helikopteri İŞİD-in olduğu əraziyə enib31-01-2017, 11:54 |
FaktXeber.com-un verdiyi məlumata görə, İraq Parlamentinin nümayəndəsi Səttar Əl-Ğanim ABŞ Hərbi Hava Qüvvələrinə aid helikopterin İŞİD terror qruplaşmasının ərazisinə endiyini bildirib. Onun sözlərinə görə, şənbə günü saat 10:15 radələrində ABŞ-a məxsus Şinuk (Chinook) tipli helikopter İŞİD-in nəzartində olan Səlahəddin vilayətinin Əl-Cəzirə məntəqəsinin Əs-Səlam kəndi yaxınlığında eniş edib. İraq Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Həsən Salim də deyilənləri təsdiqləyib. O, qeyd edib ki, bu ABŞ tərəfindən atılan ilk addım deyil. Biz dəfələrlə ABŞ və onun müttəfiqlərinin İŞİD-in olduğu ərazilərə endiklərini lentə alıb, sənədləşdirmişik. Ancaq təəssüflər olsun bütün faktları hökumətə təqdim etməyimizə baxmayaraq, hər hansı bir tədbir görülməmişdir. “ABŞ bu yolla İŞİD-ə lazımı yardım çatdırmaqla yanaşı, qruplaşmanın lider və komandirlərini bir ərazidən digər əraziyə köçürülməsinə köməklik göstərir”, deyə parlament nümayəndəsi Həsən Salim bəyan edib. Geri qayıt |