Əsas Səhifə > Dünya > Donald Tramp təhlükəsiz telefondan istifadədən imtina edib

Donald Tramp təhlükəsiz telefondan istifadədən imtina edib


27-01-2017, 08:56
Donald Tramp təhlükəsiz telefondan istifadədən imtina edib
ABŞ prezidenti Donald Tramp şəxsi smartfonundan imtina etməyib və "Samsung Galaxy" modelli cib telefonunu işlətməyə davam edəcək.
Bu barədə "Report" "The New York Times" nəşrinə istinadən xəbər verir.
Hərçənd andiçmə mərasimindən sonra ABŞ prezidentinə "Android" tipli smartfonunu Gizli Xidməti tərəfindən təsdiq edilmiş təhlükəsiz telefonla dəyişdirmək tövsiyə edilib. Lakin o, bu təklifdən imtina edərək köhnə, müdafiəsiz "Android" smarfonunu işlətməkdə davam edir.
Xatırladaq ki, D.Trampın sələfi Barak Obama prezidentliyi dövründə funksiyaların çoxu bloklanmış, modifikasiya edilmiş "BlackBerry" telefonundan istifadə edib.

Geri qayıt