Əsas Səhifə > Dünya > Pentaqon Liviyada 80 İŞİD-çini öldürdüyünü deyir

Pentaqon Liviyada 80 İŞİD-çini öldürdüyünü deyir


20-01-2017, 09:15
Pentaqon Liviyada 80 İŞİD-çini öldürdüyünü deyir
Pentaqon Liviyada keçirdiyi hava əməliyyatları nəticəsində «İslam Dövləti»nin (İŞİD) azı 80 yaraqlısını öldürdüyünü deyir.

Pentaqon rəhbəri Ashton Carter-in dediyinə görə, onlar İŞİD-ə məxsus iki düşərgəni bombalayıblar və öldürülənlərin hamısı Avropaya hücumlara hazırlaşan, bəlkə də keçmiş hücumların arxasında dayanan terroçularmış.

Pentaqonun sözçüsü Peter Cook isə deyib ki, hədəfə alınan terrorçular ABŞ və Liviya qüvvələrinin 2016-cı ildə Sirtdən çıxardığı yaraqlılarmış. Onlar yeni düşərgələrdə məskən salaraq, yeni planlar hazırlayırmışlar. P.Cook bu yaraqlıların Liviyaya, regiona və ABŞ-a təhlükə olduğunu vurğulayıb.

Geri qayıt