Əsas Səhifə > Dünya > Çeçenistanda terrorçular WhatsApp-ın köməyi ilə tapılıb
Çeçenistanda terrorçular WhatsApp-ın köməyi ilə tapılıb13-01-2017, 09:21 |
Çeçenistan Respublikasının güc strukturları İŞİD terror qruplaşmasının izinə WhatsApp mesencerində yazışmaları sayəsində düşüb. FaktXəbər-in məlumatına görə, bu barədə «Kommersant» ölkənin güc strukturlarına istinadən xəbər yayıb. «Terrorçuların Tsotsi-Yurd Kurçaloy rayonuna basqın etmək planları barədə hüquq mühafizəçilər təkcə onların əvvəlcədən saxlanılan tərəfdarlarından öyrənməyiblər, həmçinin ekstremistlərin özlərinə qrup yaratdıqları WhatsApp mesencerində yazışmaları onları ələ verib», - deyə mənbə bildirib. Onun sözlərinə görə, xüsusi əməliyyat başlayandan dərhal sonra bu kənddən respublika abonentlərinə söhbətlərin silinməsinin tövsiyə olunduğu ismarıclar daxil olub. Xatırladaq ki, yanvarın 11-də Çeçenistanda onlarla İŞİD üzvü həbs olunub. Xüsusi əməliyyat zamanı Rusiya Qvarldiyasının 2 hərbçisi həlak olub. Geri qayıt |