Əsas Səhifə > Dünya > Kerri Trampa İranla bağlı çağırış etdi
Kerri Trampa İranla bağlı çağırış etdi6-01-2017, 08:08 |
ABŞ-ın dövlət katibi John Kerry yeni prezident Donald Trump-ı İranla nüvə razılaşmasını pozmamağa çağırıb. O deyib ki, razılaşmanın pozulması dünyanı çox pis seçimlə üz-üzə qoyar. 2015-ci ildə əldə edilən anlaşmaya görə, Tehran ona qarşı sanksiyaların yumşaldılması müqabilində nüvə proqramından imtina edib. D.Trump anlaşmanın gərəksiz olduğunu, Ağ evə keçən kimi onu ləğv edəcəyini deyib. J.Kerry söyləyib ki, məhz həmin razılaşmaya görə bir vaxtlar 12 min kiloqram zənginləşdirilmiş urana sahib olan İranın indi cəmi 300 kq-lıq materialı var. Onun sözlərinə görə, anlaşma İranın nüvə silahı əldə etməsini önləyib, dünyanı daha təhlükəsiz edib. Geri qayıt |