Əsas Səhifə > Dünya > Rusiya Avropada daha bir ölkəni neytrallaşdırdı
Rusiya Avropada daha bir ölkəni neytrallaşdırdı5-12-2016, 08:27 |
Avstriyanın yeni Prezidenti Van der Bellenin Rusiya ilə yaxşı münasibətlər yaradacağını düşünürəm. O, həmçinin ölkəsinin önəmini AB və dünyaya xatırladacaq. Axar.az xəbər verir ki, bu sözləri avstriyalı politoloq Frans Fişler RİA-a açıqlamasında deyib. “Fikrimcə, Bellen elə insandır ki, o, Rusiyanın dünya və Avropa ölkələri üçün önəmini dəyərləndirməyi bacaracaq. Həmçinin rəsmi Moskva ilə yaxşı əlaqələr yaratmağa da cəhd edəcək. Düşünürəm ki, Avstriyadakı bu seçkilərin nəticələri Avropa üçün ən yaxşı hal sayılmalıdır”, - Fişler bildirib. Qeyd edək ki, politoloq bu nəticələrin Avropadakı sağ radikal qüvvələrə ciddi mesaj olduğunu da əlavə edib. Xatırladaq ki, Avstriyada baş tutan seçkilərdə Yaşıllar Partiyasının namizədi Aleksandr Van Der Bellen 53.3 faiz səslə rəqibi Nofer Hoferə qalib gəlməyi bacarıb. Geri qayıt |