Əsas Səhifə > Dünya > `2021-ci ilə qədər prezident olacağam`
`2021-ci ilə qədər prezident olacağam`2-11-2016, 09:05 |
Suriya prezidenti Bəşər Əsəd üçüncü prezidentlik müddətinin sonunadək - 2021-ci ilədək ölkəyə rəhbərlik etmək niyyətində olduğunu bildirib. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Bəşər Əsəd “New York Times” nəşrinə müsahibəsində bildirib. Suriya prezidenti vurğulayıb ki, hökumət qüvvələri terrorçulara qalib gəlməyənədək ölkədə hər-hansı siyasi dəyişikliklərin baş verməsi mümkünsüzdür. “Suriyada hazırda ictimai quruluşun vəziyyəti münaqişədən əvvəlki dövrdən daha yaxşıdır”, - deyə Əsəd qeyd edib. Geri qayıt |