Əsas Səhifə > Dünya > Bolqarıstanda niqab qadağan olunub

Bolqarıstanda niqab qadağan olunub


1-10-2016, 10:16
Bolqarıstanda niqab qadağan olunub
Bolqarıstan parlamenti qadınların ictimai yerlərdə niqab taxmasını qadağan edən qanun qəbul edib.

Qanuna görə, qadağanı pozanlar 770 avro cərimə olunacaq.

Bolqarıstanda qanunun qəbuluna ölkənin cənubundakı Pazarcık şəhərində bir qrup qadının niqab taxması səbəb olub. Şəhərin bələdiyyə rəhbəri Rumen Kozuharov deyib ki, bu qadağanın arxasında Avropa ölkələrindəki terror hücumları və son bir neçə ildə ölkəyə gələn miqrant axını dayanır.

Bolqarıstanın 7.2 milyon əhalisi var. Müsəlmanlar əhalinin 10 faizini təşkil edir.

Niqab Bolqarıstanda yaşayan müsəlmanlar arasında geniş yayılmayıb.

Oxşar qadağalar Fransa, Hollandiya və Belçikada da tətbiq olunur.

Geri qayıt