Əsas Səhifə > Dünya > “Saakaşvilinin dönüşü xeyir gətirməyəcək”

“Saakaşvilinin dönüşü xeyir gətirməyəcək”


20-09-2016, 08:31
“Saakaşvilinin dönüşü xeyir gətirməyəcək”
Mixail Saakaşvili Gürcüstanın daxili siyasətinə qarışmamalıdır.

Axar.az xəbər verir ki, bunu “Pirveli” televiziyasına müsahibəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili söyləyib. Onun sözlərinə görə, hazırda Odessa qubernatoru olan Saakaşvilinin Gürcüstan haqqında ifadələri Tiflis-Kiyev münasibətlərinə pis təsir edir.

O, Saakaşvilinin ölkəyə dönüşünün Gürcüstan üçün xeyirli olmayacağını bildirib.

Qeyd edək ki, Saakaşvili hazırda Odessa qubernatorudur. O, bir müddət öncə mətbuata açıqlamasında oktyabrda parlament seçkisi zamanı ölkəyə dönəcəyini bildirib.

Geri qayıt