Əsas Səhifə > Dünya > “Qafqaz təlimi Ukraynanın işğalına səbəb olacaq”

“Qafqaz təlimi Ukraynanın işğalına səbəb olacaq”


9-09-2016, 08:59
“Qafqaz təlimi Ukraynanın işğalına səbəb olacaq”
Artıq Rusiyanın bir neçə cəbhədə müharibə aparmaq üçün gücü qalmayıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında hərbi ekspert Svyatoslav Steçenko söyləyib. Onun sözlərinə görə, Qafqaz-2016 hərbi təlimi vasitəsilə Moskva Ukraynaya qarşı böyük müharibəyə hazırlaşır:

“Ukrayna hazır olmalıdır. Ruslar avqustun 25-dən 31-nə qədər Cənub Hərbi Dairəsində qəfil yoxlamalar apardılar. Bunun sayəsində bölgədəki qüvvələrin sayını 100 minə çatdırdılar. Bu, bizim şərq istiqamətində olan qoşunlarımızdan üç dəfə çoxdur. Rusiya eyni yoxlamanı 2014-cü ilin fevralında da aparmışdı. Ondan bir ay sonra Krım anneksiya edildi”.

Qeyd edək ki, Qafqaz-2016 hərbi təlimi sentyabrın 5-dən 10-na qədər keçiriləcək. Hərbi təlimdə 12,5 min nəfər iştirak edəcək. Təlim Şimali Qafqaz, Cənubi Osetiya, Abxaziya, Qara dəniz, Xəzər dənizi və Ermənistanda baş tutacaq.

Geri qayıt