Əsas Səhifə > Dünya > Türkiyə ABŞ-ın Suriyada İŞİD-ə qarşı birgə əməliyyat təklifinə razılıq verib
Türkiyə ABŞ-ın Suriyada İŞİD-ə qarşı birgə əməliyyat təklifinə razılıq verib7-09-2016, 09:24 |
Ankara Vaşinqtonun Suriyanın Rəqqa şəhərinin İŞİD terror qruplaşması yaraqlılarından azad olunması üzrə birgə əməliyyat təklifini qəbul etməyə hazırdır. "Report" "Hurriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "İŞİD-in ən əsas mərkəzi Rəqqadır. (ABŞ prezidenti Barak) Obama mənə dedi ki, Rəqqada bizimlə birgə nəsə etmək istəyir. Biz cavab verdik ki, tərəfimizdən heç bir problem yoxdur. Təklif etdik ki, hərbçilərimiz bir araya gəlsinlər və bunu necə etmək məsələsini aydınlaşdırsınlar", — deyə Ərdoğan Çinin Xançjou şəhərində keçirilən G20 sammitindən geri qayıdarkən təyyarədə jurnalistlərə bildirib. Ərdoğan əlavə edib ki, Türkiyə "regionda mövcud olduğunu sübut etməlidir" və "geri addım atmaq" haqqı yoxdur. Geri qayıt |