Əsas Səhifə > Dünya > Suriyada 13 kənd Azad Suriya Ordusunun əlinə keçib
Suriyada 13 kənd Azad Suriya Ordusunun əlinə keçib29-08-2016, 08:52 |
Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi, Suriya Silahlı Qüvvələrinə qarşı vuruşan müxalif Azad Suriya Ordusu (ASO) daha 13 kəndi ələ keçirib. SalamNews-un "Anadolu" agentliyinə istinadla məlumatına görə, Cerablus bölgəsində 10, Rai bölgəsində isə 3 kənd Azad Suriya Ordusu tərəfindən tutulub. Qeyd edək ki, “Fərat qalxanı” adlı əməliyyata avqustun 24-də start verilib. Geri qayıt |