Əsas Səhifə > Dünya > Putin etirazçısı Ukraynadan sığınacaq istəyir

Putin etirazçısı Ukraynadan sığınacaq istəyir


22-08-2016, 08:39
Putin etirazçısı Ukraynadan sığınacaq istəyir
Ukrayna avqustun 21-də bildirib ki, rusiyalı müxalifət fəalı Kiyevdən siyasi sığınacaq istəyib. Roman Roslovtsev Rusiya Prezidenti Vladimir Putin idarəçiliyinə qarşı çıxdığına görə dəfələrlə saxlanıb.

Ukrayna Dövlət Sərhəd Mühafizə Xidmətinin sözçüsü Oleh Slobodyan avqustun 21-də AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib ki, Roslovtsev sığınacağı həmin gün istəyib. O, Ukraynanın Belarusla şimal sərhədindəki Novi Yarilovichi passport nəzarəti məntəqəsinə gəlib.

Roslovtsev daha öncə deyib ki, Putinin maskasıyla keçirdiyi piketlərin məqsədi Rusiyada etiraz aksiyalarıyla bağlı qanunların absurdluğuna etiraz etməkdir. Kremlin tənqidçiləri həmin qanunları sərt tənqid edir.

Geri qayıt