Əsas Səhifə > Dünya > Türkiyə parlamenti İsraillə münasibətlərin normallaşmasına dair qanun layihəsini ratifikasiya edib

Türkiyə parlamenti İsraillə münasibətlərin normallaşmasına dair qanun layihəsini ratifikasiya edib


20-08-2016, 10:20
Türkiyə parlamenti İsraillə münasibətlərin normallaşmasına dair qanun layihəsini ratifikasiya edib
Türkiyə parlamenti Türkiyə və İsrail arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan qanun layihəsini ratifikasiya edib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, qanun layihəsinə əsasən, İsrail 2010-cu ilin mayında "Mavi Mərmərə" hadisəsində yaxınlarını itirən ailələrə 20 milyon dollar təzminat ödəyəcək. Təzminat qanun qüvvəyə mindikdən sonra 25 iş günü ərzində ödənməlidir.

Qeyd edək ki, bu il iyul ayının 29-da İsrail Türkiyə ilə münasibətlərin normallaşmasına dair razılaşmanı təsdiq edib.

Xatırladaq ki, 31 may 2010-cu ildə İsrail hərbçiləri Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə basqın edib, 9 Türkiyə vətəndaşı öldürülüb.

Geri qayıt