Əsas Səhifə > Dünya > Rusiya Krımda hərbi təlim keçirir
Rusiya Krımda hərbi təlim keçirir19-08-2016, 12:03 |
Rusiya hərbi qüvvələri Ukraynanın 2014-cü ildə ilhaq olunmuş Krım yarımadasında təlim keçirir. Rusiyanın RIA-Novosti dövlət agentliyi avqustun 18-də bildirib ki, təlimlərdə yalnız quru və donanma qüvvələri iştirak edir. Bu ayın əvvəlində Moskva Ukraynanı Krımda “təxribat” törətmək cəhdlərində ittiham edib. Kiyev isə bunu təkzib edir. O vaxtdan tərəflər arasındakı gərginlik artıb. Son həftələr Ukraynanın şərqində atışmalar da çoxalıb. Hökumət qüvvələri burada rusiyapərəst separatçılarla savaşır. Ukrayna Prezidenti Petro Poroshenko avqustun 17-də xəbərdarlıq edib ki, “Rusiyanın tammiqyaslı işğalını” istisna etmir. Geri qayıt |