Əsas Səhifə > Dünya > "Əgər bu iyrənc və korrupsiyalaşmış media mənim haqqımda həqiqəti yazsaydı..."
"Əgər bu iyrənc və korrupsiyalaşmış media mənim haqqımda həqiqəti yazsaydı..."15-08-2016, 08:14 |
ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trump Twitter-də yazıb ki, medianın ona qarşı qərəzli münasibəti olmasa, demokratların namizədi Hillary Clintonu sorğularda geridə qoyar. “Əgər bu iyrənc və korrupsiyalaşmış media mənim haqqımda həqiqəti yazsaydı və mənim sözlərimi təhrif etməsəydi, mən Clintondan 20 faiz qabaqda olardım” Trump konkret olaraq “New York Times” qəzetindən narazıdır ki, onun sözlərinə görə, bu qəzet “mövcud olmayan mənbələrə istinadla informasiya verir”. “Mənim haqqımda olan məqalələrdə həmişə mövcud olmayan və adı çəkilməyən mənbələrə istinad olunur” Trump bununla New York Times qəzetində onun haqqında yazılan tənqidi yazıya cavab verir. Qəzet yazmışdı ki, Trump birtərəfli, idarə olunmayan və səhvlərindən nəticə çıxara bilməyən şəxsdir. Məqalə müəllifləri yazırdılar ki, onlar bunu Trumpı tanıyan 20 respublikaçıya əsasən bildirirdilər. Həmin şəxslər adlarının çəkilməsini istəmirdilər. Geri qayıt |