Əsas Səhifə > Dünya > Rusiyada antiterror qanununa etiraz edirlər

Rusiyada antiterror qanununa etiraz edirlər


10-08-2016, 09:55
Rusiyada antiterror qanununa etiraz edirlər
Moskvanın şimal-şərqində yüzlərlə insan yeni antiterror qanununa etiraza çıxıblar. Tənqidçilər bu qanunu dövlətin mülki hüquqlara nəhəng basqısı kimi qələmə verirlər.

Yeni qanunlar və qanunvericiliyə dəyişikliklər paketini Prezident Vladimir Putin ötən ay imzalayıb. Ekstremizm və terrorçuluğa görə cəza sərləşdirilir, fərdlər konkret cinayətlər barədə hakimiyyətə məlumat vermirsə, məsuliyyətə cəlb olunur.

Eləcə də, dəyişikliklərə görə, hökumətin nəzarət imkanları artırılır, kommunikasiya provayderləri istifadəçilərin zənglərini, mesajlarını, fotolarını, videolarını altı ay müddətinə saxlamalıdır.

Avqustun 9-da Moskvanın Sokolniki parkında keçirilən nümayişdə “Siyasi repressiya rədd olsun” şüarı qaldırılıb.

“Bu qanunvericilikdə bir sıra dəhşətli şeylər var, vətəndaş kimi etiraz edəcəyimiz qeyri-konstitusional şeylər var”, Kremlin tənqidçisi Anton Nossik deyib.

“Küçələrə qayıtmalıyıq. Rusiyanı azad edəcəyik”, müxalifət lideri Aleksei Navalny kütlə qarşısındakı çıxışında bildirib.

Geri qayıt