Əsas Səhifə > Dünya > Krımın şimalında Rusiya hərbi texnikası

Krımın şimalında Rusiya hərbi texnikası


8-08-2016, 09:32
Krımın şimalında Rusiya hərbi texnikası
Krımın tatar fəalları bildirir ki, Rusiyanın tutduğu yarımadada silahlı nəzarət məntəqələri yaradılır, şimal regionlarında da Rusiya ağır texnikası cəmləşir.

Ukrayna sərhəd xidmətinin məlumatına görə, avqustun 7-də Rusiya hakimiyyəti yarımadaya gedən yolları bir neçə saatlığa bağlayıb.

Krım tatar azlığının təmsilçisi Nariman Dzhelalov bildirib ki, yarımadanın şimalından iki yaşayış məntəqəsində tanklar və digər ağır texnika cəmləşib. Bu məntəqələr Ukraynayla administrativ sərhəd boyunca yerləşir.
Krım İnsan Haqları qrupu onda məlumatlar, fotolar, videolar olduğunu bildirir. Bu sənədlərdə avqustun 6-da Rusiyanın Stavropol bölgəsiylə üzbəüz yerləşən Kerç liman şəhəri yaxınlığında Rusiya hərbi yük maşınları görünür.

Ukrayna parlamentinin üzvü, Krım tatarlarından olan Rafat Chubarov 112.ua xəbər portalına deyib ki, Rusiyanın hərbi təlim keçirdiyi görünür.

Rusiya Krımı 2014-cü ildə, Avromaydan etirazlarından sonra tutub. Moskva yarımadanın ilhaq etdiyini bildirsə də, dünya ictimaiyyəti bunu qəbul etməyib.

Geri qayıt