Əsas Səhifə > Dünya > Rusiya ilə Türkiyə arasındakı əlaqələr bölgə üçün çox vacibdir
Rusiya ilə Türkiyə arasındakı əlaqələr bölgə üçün çox vacibdir5-08-2016, 09:27 |
"Rusiya ilə Türkiyə arasındakı əlaqələr bölgə üçün çox vacibdir." SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib. Avqustun 9-da Rusiyaya səfər edəcəyini söyləyən Ərdoğan bu ölkədən olan həmkarı Vladimr Putinlə danışıqlar aparacağını deyib: "Hazırda “birini burax, birinə qaç” anlayışı səhvdir. İstərdik ki, hamı ilə münasibətimiz yaxşı olsun. Hazırda ABŞ-ın Rusiya ilə arası pis deyil. Fərqli düşüncədə olsalar da, münasibətlərini heç bir zaman kəsməzlər. Amma bizim Rusiya ilə aramızda istənilməyən təyyarə hadisəsi yaşandı və səkkiz ay münasibətlər yaxşı olmadı. Daha sonra biz onlara bir məktub yazdıq, “bu prosesi artıq dayandıraq” dedik. Çünki Türkiyənin Rusiya ilə olan əlaqələri bölgə üçün çox vacibdir. Bu səbəblə bölgədə bu iki həlledici ölkənin bir-birindən ayrı yaşaması, bir-birinə uzaq düşməsi düzgün deyil." Geri qayıt |