Əsas Səhifə > Dünya > Türkiyə və onun iqtisadiyyatı daha da güclü olub
Türkiyə və onun iqtisadiyyatı daha da güclü olub2-08-2016, 08:09 |
Türkiyə və onun iqtisadiyyatı hərbi çevrilişə cəhdlərdən sonra daha da güclü olub. Bu barədə Trend Türkiyənin baş nazirin Binəli Yıldırım Ankarada telekonfransına istinadən xəbər verir. "Bizim iqtisadiyyatımız yenə də daş kimi möhkəmdir. Amma indiki vəziyyət bəzi tərəfləri narahat edir",- Yıldırım bildirib. Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb. Geri qayıt |