Əsas Səhifə > Dünya > Rusiya iləÇin NATO-ya əzələ nümayiş etdirir

Rusiya iləÇin NATO-ya əzələ nümayiş etdirir


29-07-2016, 08:48
Rusiya iləÇin NATO-ya əzələ nümayiş etdirir
Rusiyayla Çin sentyabrda Cənubi Çin dənizində “rutin” donanma təlimləri keçirəcəklər. Məqsəd hərbi əməkdaşlığı gücləndirməkdir. Məlumatı Çinin Müdafiə Nazirliyi iyulun 28-də yayıb.

Bu təlimlər Cənubi Çin dəniziylə bağlı gərginliyin artdığı bir vaxta düşür. Belə ki, Haaqa arbitrasiya məhkəməsi bu ay qərar çıxarıb ki, Çinin dənizin bütün sərvətinə tarixi hüququ yoxdur. Çin bu qərarı rədd edib, Rusiya da onu dəstəkləyib. Filippin və Çinin digər qonşuları da dənizdəki ərazilərə iddialıdır.

“Bu, iki ölkənin silahlı qüvvələrinin rutin təlimləridir, məqsəd Çin-Rusiya strateji tərəfdaşlığını gücləndirməkdir”, Çinin Müdafiə Nazirliyinin sözçüsü Yang Yujun deyib. “Bu təlimlər üçüncü tərəfə yönəlməyib”.

ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby Çinlə Rusiyanı beynəlxalq hüquqa əməl etməyə çağırıb, deyib ki, bu təlimlərin gərginliyi artırmasına ehtiyac yoxdur.

Geri qayıt