Əsas Səhifə > Dünya > Rusiyanın Olimpiyaya buraxılmamasına baxılır

Rusiyanın Olimpiyaya buraxılmamasına baxılır


20-07-2016, 08:42
Rusiyanın Olimpiyaya buraxılmamasına baxılır
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bildirir ki, rusiyalı atletlərin gələn ay Rio de Janeyroda keçiriləcək Yay Olimpiya oyunlarında iştirakını əngəlləməkdən ötrü “hüquqi yolları” araşdıracaq. Qurum dövlətin dopinq qəbuluna sponsorluq etməsi iddialarıyla bağlı Rusiyanın yüksək rütbəli idman rəsmilərinə qarşı təhqiqat başlatdığını qeyd edir.

BOK iyulun 19-da yaydığı bəyanatda vurğulayır ki, Rusiya atletlərinə qarşı kollektiv qadağa qoymaq çağırışlarını götür-qöy edəcək.

Həmin gün BOK idarə heyəti telekonfrans keçirib. Daha öncə isə Ümumdünya Antidopinq Agentliyi (WADA) hesabatında Rusiyaya qarşı dopinq iddialarını incələyib. Agentlik bildirib ki, 2014-cü il Soçi Olimpiadası, eləcə də digər yarışmalarda atletlərin dopinqdən istifadəsi dövlətin nəzarəti altında ört-basdır olunub.

Geri qayıt