Əsas Səhifə > Dünya > Trump müsəlmanlara qadağadan danışır
Trump müsəlmanlara qadağadan danışır13-06-2016, 08:57 |
ABŞ-da respublikaçılardan prezidentliyə namizəd olacaq Donald Trump Floridada qanlı atışmadan sonra yenə aqressiv çıxış edib. İyunun 12-də Orlandoda gey kluba silahlı hücumunda 50 nəfərin öldürülməsindən sonra Trump ölkənin demokrat siyasi liderləri və müsəlmanlara qarşı sərt bəyanatlar verib. Trump “Twitter” sosial şəbəkəsində yazıb ki, “radikal islamçı terrorçuluq”la bağlı yazdıqlarında haqlıymış: “Orlandoda baş verənlər hələ başlanğıcdır. Rəhbərliyimiz zəif və səmərəsiz işləyir. Müsəlmanlara qadağa qoyulmasına çağırmışam. Sərt olmaq lazımdır”. Trump həmçinin Prezident Barack Obama-nı istefaya, demokratlardan namizəd Hillary Clinton-u isə prezident seçkisi marafonundan çıxmağa çağırıb. Geri qayıt |