Əsas Səhifə > Dünya > Müxalifətin təmsilçisi danışıqlardan çıxdı
Müxalifətin təmsilçisi danışıqlardan çıxdı30-05-2016, 09:16 |
Suriyanın əsas müxalifət qrupunun təmsilçisi Mohamed Alloush BMT sülh danışıqlarının alınmaması səbəbindən istefa verib. Alloush Səudiyyənin dəstəklədiyi Ali Danışıqlar Komitəsini (HNC) təmsil edir. O, danışıqların sülhlə nəticələnmədiyini, mühasirədə olan suriyalılarının durumunu yaxşılaşdırmadığını bildirib. HNC Suriya hökuməti ilə danışıqlarda iştirakını ertələyib. Apreldə dayandırılmış görüşlərin yeni tarixi bəlli deyil. «Danışıqların üç raundu rejimin inadkarlığı, Suriya xalqına qarşı davamlı bombardmanı və təcavüzü səbəbindən alınmayıb», - Alloush mayın 29-da deyib. Alloush onu da bildirib ki, müxalifətin tələbləri yerinə yetirilməyincə, sülh danışıqları «vaxt itkisidir». Geri qayıt |