Əsas Səhifə > Dünya > Rusiyanın Türkiyədən gizli daşıdığı tanklar

Rusiyanın Türkiyədən gizli daşıdığı tanklar


9-05-2016, 08:42
Rusiyanın Türkiyədən gizli daşıdığı tanklar
Bosfor boğazından keçən Rusiyaya məxsus döyüş gəmisində kamuflyaj altında 2 döyüş tankı daşınıb.

ANS PRESS-in “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata əsasən Qara dənizdən Mərmərə sularına üzən gəminin göyərtəsində döyüş tanklarının olduğu görünüb. Türkiyə KİV-lərində bu hadisə birmənalı qarşılanmayıb.

Rusiyaya məxsus KİL-158 bazar günü yerli vaxtla 8:30-da Bosfor boğazından keçib. Bu zaman onu türk dəniz qüvvələrinə məxsus gəmilər və polis helikopteri müşayiət edib.

Gəmilərin boğazdan keçidi 1936-ci ildə imzalanan Montre Konvensiyasına əsasən idarə olunur. Müqavilədə Türkiyə və SSRİ tərəfləri arasında razılığa gəlinib.

Sənədə əsasən ticarət gəmiləri bayraqları və daşıdıqları yükdən asılı olmayaraq həm gecə, həm də gündüz Bosfor və Dardanel boğazlarından üzərək keçə bilər.

Orta və kiçik ölçülü hərbi gəmilər sülh dövründə boğazlardan üzə bilər. Yalnız müharibə dövründə və hər hansı hərbi təhlükə gözlənildikdə rəsmi Ankara gəmilərin keçidini məhdudlaşdıra bilər.

Geri qayıt