Əsas Səhifə > Dünya > Türkiyənin hakim partiyasının sədri postuna namizədlərin adları açıqlandı

Türkiyənin hakim partiyasının sədri postuna namizədlərin adları açıqlandı


5-05-2016, 10:04
Türkiyənin hakim partiyasının sədri postuna namizədlərin adları açıqlandı
Türkiyənin hakim partiyası - Ədalət və İnkişaf Partiyasının (AKP) Partiyasının sədri postuna namizədlərin adları açıqlanıb. Trend bu barədə Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Namizədlər sırasında Nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binəli Yıldırım, Ədliyyə naziri Bəkir Bozdağ, Energetika və təbii sərvətlər naziri Berat Albayrak və hakim partiyadan Numan Kurtulmuş ilə Mehmet Əli Şahin var.

Daha öncə partiyanın mayın ortalarında növbədənkənar qurultayının krçiriləcəyi və partiyanın hazırkı sədri, baş nazir Əhməd Davudoğlunun növbəti dəfə namizədliyini irəli sürməyəcəyi barədə xəbər verilmişdi.

Geri qayıt