Əsas Səhifə > Dünya > "Sputnik" agentliyinin baş redaktorunu Türkiyəyə buraxmadılar
"Sputnik" agentliyinin baş redaktorunu Türkiyəyə buraxmadılar20-04-2016, 09:35 |
Faktxeber.com-un verdiyi məlumata görə, Rusiyanın “Sputnik” agentliyinin Türkiyə bürosunun baş redaktoru Tural Kərimovun akreditasiyası ləğv olunub.Türkiyə dövləti jurnalistin ölkəsinə girişinə də yasaqlayıb. "Sərhəd keçidinin nəzarətçiləri pasportumu əlimdən alaraq məni yoxlama məntəqəsində heç bir səbəb göstərmədən bir saata yaxın gözlətdilər. Bir müddətdən sonra mənə Türkiyəyə girişimi qadağan edən rəsmi sənəd göstərdilər. Lakin təqdim olunan sənəddə hər hansı bir izah göstərilməmişdi. Bundan başqa mənim press vəsiqəmi, yaşayış haqqında icazə sənədimi müsadirə edərək Rusiya qayıtmağımı tələb etdilər" - deyə jurnalist bildirib. Qeyd edək ki, bir müddət bundan öncə "Sputnik" agentliyinin internet saytının Türkiyədə girişinə qadağa qoyulub. Bu qərarı Türkiyə hökumətinin Telekommunikasiya təhlükəsizliyi Baş İdarəsi tətbiq edib. Geri qayıt |