Əsas Səhifə > Dünya > Obama Ərdoğanla görüşdən imtina etdi

Obama Ərdoğanla görüşdən imtina etdi


28-03-2016, 13:16
Obama Ərdoğanla görüşdən imtina etdi
ABŞ prezidenti Barak Obama Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Merilend ştatında məscid aşılısına birgə qatılmaq barədə təklifini qəbul etməyib.

Bu barədə AzVision.az “Wall Street Journal”-a istinadən xəbər verir.

Prezidentlərin ABŞ-da keçiriləcək Nüvə Təhlükəsizliyi sammiti çərçivəsində də görüşünün baş tutması gözlənilmir.

Obamanın əvəzinə Ərdoğan ABŞ vitse-prezidenti Co baydenlə görüşəcək.

Qeyd edək ki, Nüvə təhlükəsizliyi üzrə Beynəlxalq Sammit 31 mart – 1 aprel tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Sərgi Mərkəzində keçiriləcək. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək.

Geri qayıt