Əsas Səhifə > Dünya > Türkiyə Amerikadan bunker dağıdıcı bomba alır

Türkiyə Amerikadan bunker dağıdıcı bomba alır


3-03-2016, 08:27
Türkiyə Amerikadan bunker dağıdıcı bomba alır
Türkiyə Amerika Birləşmiş Ştatlarından (ABŞ) bunker dağıdıcı “BLU-109” smart-bombaları almağa hazırlaşır. ANS PRESS-in xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyi Pentaqon məlumat yayıb. Türkiyənin bu smart-bombalar üçün ABŞ-a 682.9 milyon dollar ödəyəcəyi bildirilib. Bu pulun müqabilində alınacaq bombaların miqdarı barədə ifə məlumat verilməyib.

Açıqlamada “BLU-109” bombalarının Türkiyəyə ilk dəfə satıldığı, təhvil-təslim işinin 2020-ci ilə qədər başa çatacağı bildirilib. ABŞ hərbi kontinqenti Pentaqonun 1985-ci ildən bəri sahib olduğu “BLU-109” bombalarından İraqda və Əfqanıstanda istifadə edib.

Tərkibində 250 kq partlayıcı maddə olan “BLU-109” bombaları hədəfə çatana qədər partlamır.

Bir müddət əvvəl isə Türkiyə Silahlı Qüvvələri arsenalında olan gizli silahlarının fotoşəkillərini ilk dəfə mətbuat vasitəsilə ictimaiyyətlə paylaşmışdı. Bu silahlar yerli istehsalı olan raketlərdən ibarət idi:

"Yıldırım" raketləri 80 saniyədə 40 raket atəşi açma imkanına malikdir. Raket kompüter vasitəsilə idarə olunur və 80-150 kilometr məsafədə olan hədəfi dəqiq vura bilir.

"Sakarya" uzaq mənzilli raket sistemləri Türk Silahlı Qüvvələrinin önəmli silahlarından biridir. Raket 80 saniyədə 40 atəş açaraq 3-40 kilometr məsafədə yerləşən hədəfi dəqiq vurma imkanına malikdir.

"Kasırga" uzaq mənzilli raket sistemləri 18 saniyədə 4 raket atəşi aça bilir. 40-100 kliomter məsafəni dəqiq vurur.

Geri qayıt