Əsas Səhifə > Ölkə, Manşet > Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi yenə də ittiham olunur
Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi yenə də ittiham olunur6-02-2016, 11:38 |
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) quru adı var, fəaliyyətinin nədən ibarət olması, bu qurumun hansı işləri görməsi və nəyə yaraması barədə geniş ictimaiyyətə bir çox məqamlar qaranlıq qalır.. Ölkə ərazisində fitosanitar monitorinqlərin istənilən səviyyədə aparılmaması, o cümlədən son vaxtlar bəzi meyvə və tərəvəzlərdə təhlükəli halların aşkar edilməsi xidmətin adının mətbuatın gündəminə gəlməsinə səbəb olub. Dövlət Fitosanitar Nəzarəti Xidmətinə Camal Quliyev rəhbərlik edir. Daxil olan məlumatlara görə, bu şəxsin həyata keçirdiyi qeyri-qanuni işlər nəticəsində sözügedən qurumun fəaliyyəti tamamilə iflic olub: «Azərbaycanda satışa çıxarılan kənd təsərrüfatı məhsullarının tərkibindəki pestisid, nitrat və sair kimi insan orqanizminə zərərli maddələrin xüsusi çəkisinin artıq olmasına dair narahatlıq hər zaman olub, bu gün daha çoxdur. Bu xidmətin fəaliyyəti yarıtmaz olduğu üçün insanların yetərli hissəsinin sağlamlığı ciddi təhlükə qarşısındadır. Xidmətin rəhbərliyi ancaq qazanc haqda fikirləşdiyinə görə ərzaq təhlükəzliyi arxa plana keçib. Dövlət Fitosanitar Nəzarəti Xidmətinin fəaliyyətində ekoloji təhlükəsizliyin təminatı baxımından böyük dəyişikliklərə ehtiyac olsa da, hələlik bu sahədə ciddi irəliləyiş yoxdur. Əvəzində qurumun əməkdaşları rəhbərliyin bilavasitə tapşırığı ilə rayonlarda «reydlər» keçirir, fermerləri cərimə ilə qorxudaraq əslində onlara növbəti qanunsuzluq üçün imkan yaratmış olurlar. Fermerlər istehsal etdikləri məhsulun keyfiyyətinə yox, daha çox kəmiyyətinə üstünlük verdiklərindən meyvə-tərəvəzin tərkibindəki nitritlərin yol verilən həddən daha artıq olması demək olar ki, artıq qaydaya çevrilib və bunun qarşısını almalı olan qurumun rəhbərliyi ancaq öz mənafeyini düşündüyündən vəziyyətin düzəldilməsi istiqamətində heç bir fəaliyyət göstərmir. Əvəzində fermerlər akt və cərimə ilə qorxudularaq külli miqdarda nəysə verməyə vadar edilir». Deyilənə görə, xidmət rəisi həyata keçirdiyi qeyri-qanuni işlərin sayəsində xeyli qazanc əldə edib və Şəki-Zaqatala bölgəsində özünə biznes şəbəkəsi yaradıb: «Xidmət rəisinin Şəki rayonunda biznes obyektləri fəaliyyət göstərir. Bu səbəbdən Camal müəllim mütəmadi olaraq həmin bölgədə olur. Hətta həmin bölgədə tez-tez müşavirələr keçirilir, işgüzar mühit görüntüsü yaradır». Bəzi sahibkarlar isə bir müddət əvvəl DFNX rəisi ilə bağlı mətbuata müraciət edərək narazılıqlarını dilə gətiriblər. Sahibkarlar qeyd edirlər ki, tikinti materiallarının fitosanitar karantin baxışı artıq bazar alverinə çevrilib: «Bu biznesdə isə tarifləri Camal Quliyev və onun ən yaxın adamı Mehman Məmmədov müəyyənləşdirir. Belə ki, rəsmi rüsum 20 manat olduğu halda sahibkarlardan 160 manat tələb olunur. Əks halda, iş adamı malını ölkəyə idxal edə bilmir. Hər mal idxalında 20 manat əvəzinə 160 manat alınır. Xidmətin əməkdaşları iş adamlarına əlavə problemlər yaradır. Ölkə başçısı bu yandan sahibkarların rahat fəaliyyətinə şərait yaradır, Camal Quliyev isə digər tərəfdən iş adamlarının işləməsinə imkan vermir. Bundan əlavə, Tarif Şurasının qərarı ilə idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi üçün 1 kub metr meşə materialları üçün 0,01 manat, bitkiçilik məhsullarının idxalına fitosanitar sertifikatlarının verilməsinə görə isə 3 manat məbləğində rüsum müəyyən edilib. Dövlət xidməti rəhbərliyi sahibkarlardan sertifikatın verilməsinə görə bundan dəfələrlə artıq miqdarda qeyri-qanuni «rüsum» tələb edir. İstədiklərini vermədikdə isə müxtəlif bəhanələrlə sertifikatın verilməsinin mümkün olmayacağını və növbəti gün müraciət etməyi bildirirlər. Növbəti gün də rüsumun ödənilməsi haqda qəbzi təqdim etməsinə baxmayaraq, yenə də əsassız bəhanələr gətirərək sertifikatı verə bilməyəcəklərini deyirlər. Beləcə, xidmət rəhbərliyi sahibkarları məcbur edir ki, özlərinin müəyyən etdikləri məbləğdə «rüsum» ödənilsin». Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Ağstafa rayon, Bakı-Abşeron, Balakən, Şabran, Füzuli, Gəncə, Xaçmaz, Kürdəmir, Lənkəran, Biləsuvar, Şəki, Şirvan, Tovuz, Yevlax rayonlararası Bitkilərin Karantini Məntəqələri mövcuddur. Xidmətin 57 rayonda bitki mühafizəsi mərkəzləri, daha 16 rayonda mobil bitki mühafizə dəstələri fəaliyyətdədir. Rayonlararası (rayon) Bitkilərin Karantini Məntəqələri idxal və ixrac olunan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.12.2006-cı il tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları”na əsasən həyata keçirirlər. Tabeliyində yüzdən yuxarı nəzarət funksiyası daşıyan strukturu olan Dövlət Fitosanitar Nəzarəti Xidmətinin gördüyü işlər də çoxsaylıdır. Əlbəttə, fitosanitar nəzarətin effektiv təşkili hər bir dövlət üçün vacib şərtlərdən biridir. Lakin bu vacibliyi Azərbaycanda bu sahəyə baxan məmurlar hələ də qəbul etmək istəmirlər. Ölkəyə bitkiçilik məhsulları (meyvə-tərəvəzdən, güldən tutmuş taxta-şalbana qədər) idxal edən sahibkarların böyük əksəriyyəti məhz Camal Quliyev və onun tabeliyində bir çox məmurların ciddi basqıları altında fəaliyyət göstərməkdədirlər. Camal Quliyevin incitdiyi sahibkarların sayı yüzlərlədir.\\pia.az\\ Geri qayıt |