Əsas Səhifə > Ölkə, Manşet > Qazaxda təhsil düzəlmir ki, düzəlmir, baba...

Qazaxda təhsil düzəlmir ki, düzəlmir, baba...


5-02-2016, 11:12
Qazaxda təhsil düzəlmir ki, düzəlmir, baba...
İstər iqtidar, istərsə də müxalifət! Bunlar hər ikisi ölkənin demokratik inkişafı üçündür. Hansının əməlində xalqa, millətə qarşı xəyanət hiss edilirsə, onda ikisindən biri gözdən düşmək ehtimalı ilə üz-üzə gəlir.
Vəziyyət Qazaxda isə hələ ki, iqtidarın üstünlüyü şəraitindədir. Hazırda rayonda Xalq Cəbhəsinin fəallarının da mövqeyi iqtidara tərəfdir. Əlbəttə, bu pis hal kimi qiyməyləndirilmir. Əsası odur ki, hələ müharibə şəraitində yaşayırıq. Müharibə qurtarandan sonra, istəsələr onlar yenidən bəyannamələrini ortaya qoya bilərlər.
Bu günlərdə Qazax Rayon Təhsil Şöbəsindən atılan “sos” addım təhsil işçiləri tərəfindən burmənalı qarşılanmayıb. Görünür təhsilin müdiri Nizaməddin Babanlı addım atmaqda tələskənliyə yol verir. O, Qazaxın Daş Salahlı kənd tam orta məktəbinin direktoru, 10 ildi həm məktəbə direktorkluq edən, həm də YAP –ın ilk təşkilat sədri olan Kamil Yusifovun yerinə “su” salmaq iddiasına düşüb. Sözügedən məktəbdə nümunəvilik, təlim-tərbiyə yerində olsa da, açığı təhsilin müdiri belə şeyləri xoşlamır. Babanlı Daş Salahlı kənd tam orta məktəbinin direktorunu yanına çağıraraq bu kəlamları bildirib: “ Məktəbinizin ingilis dili müəlliməsi Xəlilova Söylü Nuşirəvan qızı təhsil nazirliyindən “dabro” alıb ki, sənin yerinə məktəb direktoru olsun. İşini bil, vaxtkən ərizəni yazıb, stolumun üstünə qoy!”
Biçarə Kamil müəllim neynəsin? “Döyülən də bu, söyülən də bu”. Məgər bu müdir söhbətidirmi? Yəqin ki, Nizaməddin Babanlı təhsilə müdir gəlməmişdən qabaq ondan əvvəl müdir olmuş Əhməd Dərgahquliyevin də qulağına belə pıçıldayıblar.
Onu da qeyd edək ki, zor-zoranə Kamil müəllimin yerinə direktor olacaq Söylü Xəlilova xalq cəbhəsinin fəal üzvlərindən biri Qulu Quliyevin həyat yoldaşıdır. Yəqin Babanlı bu hərəkəti ilə YAP-n hakimiyyətdə olmsını unudub.
Onu da bildirirlər ki, Babanlı Nizaməddin gələn gündən kadr islahatı ilə məşğuldur. Ötən həftə təhsil şöbəsində metodist işləyən Zəkiyyə adlı qadını yaşa görə işdən kənarlaşdırıb, yerinə təcrübəsiz, özü ilə filialda işləmiş Şəfa adlı qadını təyin etməsi ən azından gülüncdür.
Qarşı tərəfin də mövqeyni dinləməyə hazırıq
Vüqar - DİA.AZ

Geri qayıt