Əsas Səhifə > Ölkə, Manşet > Əbülfəs Qarayevin işçisi belə narazılıq yaradır...

Əbülfəs Qarayevin işçisi belə narazılıq yaradır...


19-01-2016, 10:15
Əbülfəs Qarayevin işçisi belə narazılıq yaradır...
Hörmətli Cənab Prezident!

Artıq neçə dəfədir ki, mən və digər iki iş yoldaşım, Nağıyeva Tahirə Nağı qızı, Yusifov Amil Murquz oğlu Samux rayon Sərkar kənd uşaq - musiqi məktəbinin direktoru Məmmədbəyova Səadət Fərhad qızının qanunazidd əməllərilə əlaqədar aidiyyatı orqanlara müraciətlər etmişik. Müracətlərimizə yalnız Mədəniyyət və Turizm Nazirliyinin daxili təhlil sektorunun müdiri Rəşad Əliyevin 14 dekabr 2015 ci il, 1315/ 16 - M -14 11 nömrəli cavab məktubunu almışıq. Orada göstərilir ki, bizim qaldırdığımız problemlər öz əksini və təsdiqi tapmışdır. Həmin məktubu bu müracətə əlavə edirik) Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin 07.12.2015-ci il tarixli, 560 nömrəli əmri ilə məktəbin maliyyə işi araşdırılmış, ciddi nöqsanlar müəyyən edilmiş, məktəbin direktoru Səadət Məmmədbəyova "ciddi xəbərdarlıq" edilmişdir. O, cümlədən cavab məktubunda yazılır ki, Nazirliyin rəhbərliyi tərəfindən məktəbin direktoru Səadət Məmmədbəyovaya məktubumuzda qeyd edilən halların, aşkar olunan maliyyə pozuntularının və işində yol verdiyi nöqsanların bir ay müddətində aradan qaldırılması tapşırığı verilmişdir. Təəssüf ki, direktor və rayonun Mədəniyyət və Turizm şöbəsinin müdiri Kamil Vəliyev cənabları yenə də yanlış nəticə çıxarmış və qanunazidd əməllərini daha yeni çalarlarla davam edirlər.

Hörmətli Cənab Prezident!

Bizim Sizə və digər aidiyytı orqanlara ünvanladığımız müracətlərin qısa mahiyyəti ondan ibarətdir ki, Samux rayon Sərkar kənd uşaq - musiqi məktəbinin direktoru Məmmədbəyova Səadət Fərhad qızı qanunsuz olaraq bizə verilməli olan dərs saatlarını mənimsəyir, tədrisə, musiqiyə aidiyyatı olmayan kənar şəxsləri müəllim adı ilə işə qəbul edir, (adı bizim məktəbdə olan və güya müəllim işləyən şəxslərin içində Bakıda qəssab işləyən, illərdi Rusiya Federasiyasında yaşayan xeyli qohum - əqrabaları var) yerli kadr olmamıza baxmayaraq bizə dərs saatlarını vermir, qohum - əqrabasını məktəbə müəllim yazdıraraq dərs saatlarını onların adına yazır və təqribən 1000 saata yaxın dərs yükünü (onun manatla ifadəsi aya 12 min manat edir) mənimsəyir. Bu qanunsuz əməli azmış kimi, müəllim olaraq etiraz etdiyimiz üçün və xüsusən də dediklərimizin sübutu kimi bu ilin və ötən illərin tarifikasiya cədvəllərini nazirliyə təqdim etdiyimiz üçün bizi, ailəmizi təhqir edir hədələyir, bu işə rayon Mədəniyyət və Turizm idarəsinin müdiri Kamil Vəliyevi də qoşaraq həyatımızı, güzəranımızı qara ediblər. Məsələ ondadır ki, bizim göstərdiyimiz, təqdim etdiyimiz faktlar qanuni araşdırma tələb etdiyi hüquqi qiymətini almalı olduğu halda bu əməllərin icraçılarına sadəcə ciddi xəbərdarlıq edilib. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri isə bu faktları göstərdiyimiz üçün bizi təhqir etməklə kifayətlənməyərək, indi də daha irəli gedərək direktorun əli ilə məhkəməyə müracət etdirib ki, güya direktoru bu hərəkətimizlə təhqir etmişik. Məsələ bundadır ki, ilin-günün bu narahat vaxtında hamımızın millət olaraq əl-ələ verib Prezidentimizə, dövlətimizə, cəmiyyətimizə yardım etməli olduğu bir zamanda, bu insanlar ayı 12 min manat olmaqla ildə on min manatlarla dövlət vəsaitini talamaqları az deyilmiş kimi, hətta bu faktların öz təsdiqini tapdığı və maliyyə pozuntularına yol verdiklərinə görə ciddi xəbərdarlıq almalarına rəğmən bizi məhkəməyə verir, açıq şəkildə bəyan edirlər ki, bu rayonun başçısının kim olduğunu bilə-bilə siz bu qudurğanlığı etdiyiniz üçün görün aqibətiniz necə olacaq və sair təhdidlər.

Doğrudan da əgər bir necə illərin tarifikasiyasına görə məktəbin 27 müəllimini heç kim tanımadığı bir halda və bu faktların illərdi davam etməsinə rəğmən nəticə "ciddi xəbərdarlıq"dan o yana gedilmirsə həqiqətən də vəziyyət bizim təsəvvür etdiyimizdən də ağırdır. Sadəcə məlumat üçün onu da bildirməyi özümüzə borc bildiririk ki, bu əməllərin əsas icraçıları olan 3 nəfər, Samux Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Kamil Vəliyev, Sərkar kənd uşaq-musiqi məktəbinin direktoru Səadət Məmmədbəyova və məktəbin tədris hissə müdiri saxta diplomla bu sahələrə rəhbərlik edirlər. Bu faktı bütün rayon bildiyi, hüquq mühafizə orqanlarına məlum olduğu halda hamı sakitcə hər cür qanunsuz əməlləri icra etməyə hazır olan bu "fövqəladə üçlüy"-ə göz yumurlar. Əminliklə deyirik ki, rayon məhkəməsindən də biz 3 nəfər şikayətçi müəllimlərə qarşı da istənilən hökmü çıxatdıracaqlar.

Hörmətli cənab Prezident!

Bizim qarşılaşdığımız bu vəziyyətlə səlahiyyət sahiblərinin hər birinin övladları, yaxınları qarşılaşa bilər. Bu ədalətli deyil və müvafiq ölçü götürülməlidir. Biz bu məktəbin əsasını sağlam təməllər, ülvi duyğularla qoymuşduq, ciddi uğurlarımız da var və davam edir. Lakin indiki mənzərə fəlakətlidir və olduqca qorxuludur.

Hörmətli cənab Prezident!

Xahiş edirik yaranmış bu vəziyyətə müdaxilə edib, müvafiq tədbirlər görəsiniz! Öncədən təşəkkürümüzü bildiririk.

(Yuxarıda göstərilən faktlarla bağlı Tarifikasiya sənədlərini istənilən orqana təqdim edə bilərik.)


1) Məmmədova Günay Duman qızı

2) Nağıyeva Tahirə Nağı qızı

3) Yusifov Amil Mürqüz oğlu
Ünvan; Samux rayonu Kolayır kəndi

Geri qayıt