Əsas Səhifə > Ölkə, Manşet > Bakıda avro 2,3 manata qalxdı
Bakıda avro 2,3 manata qalxdı9-01-2016, 11:49 |
Manatın ikinci devalvasiyasından sonra Mərkəzi Bankın "üzən məzənnə"yə keçməsi və banklara məzənnəni müəyyənləşdirmək hüququ verməsi ciddi problemlərə səbəb olub. Təbii ki, bu da süi-istifadəyə, özbaşınalıqlara səbəb olur, bəzi banklar məzənnəni istədikləri səviyyəyə yüksəldirlər. Qaynar.info-nun əldə etdiyi məlumata görə, "Turan Bank"ın "Torqovı"da yerləşən filialı bu gün avronun məzənnəsini fantastik həddə çatdırıb. Belə ki, bank müştərilərə bu valyutanı 2 manat 30 qəpikdən təklif edib. Qeyd edək ki, Mərkəzi Bank avronun məzənnəsini 1.7009 manat müəyyənləşdirib. Geri qayıt |