Əsas Səhifə > Ölkə, Manşet > Göyçayda 11 nəfərlik ailənin haqqını yeyən kimdir?
Göyçayda 11 nəfərlik ailənin haqqını yeyən kimdir?5-01-2016, 09:27 |
DİA.AZ: - Redaksiyamıza müraciət edən Göyçay rayonu Cəyirli kəndi sakini Feyzullayev Rahim Zülfü oğlunun narazılığı yerli məmurların özbaşınalığındandır. Narazı vətəndaş DİA.AZ-a yazır: "Bu şikayət ərizəmizdə yazıb Sizə bildiririk ki, 11 nəfərdən ibarət ailəmiz Göyçay rayon Məhkəməsinin sədri Fərhad Əfəndiyevin tamahının qurbanı olub halal, qanunu pay torpaqlarımızdan istifadə edə bilmirik.Bizim çörəyimiz torpaqdan çıxır.Ancaq hakim Fərhad Əfəndiyev öz tamahına görə qanunu qaydada əmlakımız olan 0,68 ha bizim pay torpaqlarımıza daxil olmağa qanunsuz olaraq qadağa qoyulmasına dair qərardad çıxarmışdır ki, bu görünməmiş bir qanunsuzluqdur.Belə ki, Cəyirli kəndində 11 nəfərlik ailəmizə 1998- ci il tarixdə pay torpaq sahəsi verilib.Həmin torpaq sahəsi başqa şəxs tərəfindən zəbt edildiyi üçün uzun müddət çəkən məhkəmə mübahisələrindən sonra qanunu qydada 0,68 ha torpaq sahəmizin ölçüləri ekspert mütəxəsisləri tərəfindən müəyyən edilib mərz nişanları qoyuldu.Bütün bunlar məhkəmə icraçıları və Əmlak Komitəsinin əməkdaşları tərfindən həyata keçirildi və buna dair akt tərtib edildi.( bütün bu prosesləri video lentə almışıq) Bundan sonra halal torpağımızda əkin- biçin aparmaq üçün orada təmizlik işləri aparmağa başladıq.Torpağımızı əvvəl zəbt etmiş Fərhad Səfərəliyev buna dözə bilməyib məhkəmədə iddia qaldırdı ki, guya biz onun torpağında əkin biçin işi görürük". Daha sonra Göyçay sakininin dia-az.life-a ünvanladığı müraciətində deyilir: "Hakim Fərhad Əfəndiyev isə iddiaçıya aid olan 1,20 ha torpaq sahəsinə daxil olmağa qadağa qoyulmasına dair qərardad çıxardı və polisə tapşırıq verib ki, bizdə öz 0,68 ha torpaq sahəmizə daxil ola bilmərik.Axı bu necə olur məhkəmə qərardadı Fərhad Səfərəliyevə məxsus 1,20 ha torpaq sahəsinə müdaxilə edilməsinə qoyubsa biz nəyə görə öz torpağımızdan istifadə edə bilmərik ? Bu qərardada əsasən iddiaçı Fərhad Səfərəliyev özünə məxsus 1.20 ha torpaq sahəsinə müdaxiləyə qadağa barədə məhkəməyə müraciət edib və qərardada əsasən həmin torpağa müdaxilə edilə bilməz.Ancaq hakim Fərhad Əfəndiyevin tapşırığına əsasən bizi polisə çağırıb öz torpağımızdan istifadə etməyi qadağan etdilər.Bu boyda özbaşınalıq olmaz.Əlimizdə sənəd-subut nəyə görə belə bir qanunsuz hərəkət edib 11 nəfərlik ailənin çörəyin əlindən alırlar.Qanunu qaydada ekspertiza keçirildi və torpaq sahələrinin ölçüləri yerlərin kimə məxsus olması müəyyən edildi və akt tərtib edildi ki, bütün bunlar Şəki İnzibati İqtisadi Məhkəməsinin qərarları ilə həyata keçirildi.İndi isə təkrar belə saxtakarlıq edib torpağımıza daxil olmağa qadağanın qoyulması qanunsuzluqdan başqa həm də Allahsızlıqdır ki, bunu hakim Fərhad Əfəndiyev edir. Ölkədə iqtisadi böhran yaşanır Prezident kənd təsərrüfartının inkişafı üçün bütün maneələrin aradan qaldırılmasına dair müvafiq sərancamlar imzalayıb tapşırıqlar verib.Ancaq hakim Fərhad Əfəndiyev öz şəxsi maraqlarını ali tutub saxtakarlıqla məşğul olur ki, nəticədə də kəndliyə kənd təsərrüfatına zərərlər dəyir. Hakim Fərhad Əfəndiyev bu qanunsuz əməlləri ilə bizim ailəni çörəksiz. işsiz qoyub aclıqda yaşamağa məhkum etmişdir. Ancaq yenədə ümüdümüzü üzməmişik ona görə ki, Azərbaycanın İlham Əliyev kimi ədalətli Prezident var. .Alın təri ilə , zəhmətlə çörəyi torpaqdan çıxan kəndlinin torpağını əlindən almaq , Onu öldürmək deməkdir. Hörmətli Prezident Sizdən xahiş edirik halal torpağımızdan istifadə etməyə qanunsuz olaraq qadağa qoyub 11 nəfərlik ailəmizi ac, yalavac yoxsul vəziyyətə salan Göyçay rayon məhkəməsinin sədri Fərhad Əfəndiyevin qanunu qaydada cəzalandırılmasına və haqq- halal torpaqlarımızdan sərbəst istifadə etməyimizə qoyulmuş qanunsuz qadağanın aradan götürülməsinə tapşırıq verəsiniz.Ümüdümüz ancaq sizədir". Şikayət məktubunda adları çəkilən bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... Geri qayıt |