Əsas Səhifə > Ölkə, Manşet > “Kapital Bank”dan kütləvi narazılıq
“Kapital Bank”dan kütləvi narazılıq18-11-2015, 10:15 |
"Kapital Bank”ın Sumqayıt filialından narazılıqlar var. VİZUAL.az-ın xəbərinə görə, bankın "Plastik Kartlar" bölməsinin Müştəri Xidmətindən şikayət olunub. Rahilə Kosayeva adlı müştəri "Facebook” səhifəsində üzləşdiyi problemdən yazıb. Onun sözlərinə görə, bankın işçiləri müştəriyə pul köçürülməsinə görə qəbz yerinə, order verib. Nəticədə müştərinin işini 5 gün yubandırdığına görə bank üzr istəməlidir: "Mənə hər gün deyilir - hörmətli müştəri, narahatlığınızı başa düşürük, baş verən texniki səhvə görə üzr istəyirik. Sizin probleminiz bir an öncə həll olunacaq və bu gün saat... qədər məbləğ hesabınıza yatırılacaq. Amma saat bəlli deyil. İşçi isə orderi götürüb otaqdan çıxaraq təkəbbürlü tonla "Bu gün QOYULACAQ" dedi. Əgər otaqdan dərhal qaçmasa idi, özünə də başa salardım. Sizə də zəhmət olacaq, amma o gənc oğlanı nə qədər gec deyil başa salın”. Qeyd edək ki, bu, bankın Sumqayıtdakı filialı ilə bağlı yaşanan ilk problem deyil. Bundan əvvəl Sumqayıt müəllimlərinin aldıqları məvacib kartlarının istifadə müddəti bitib. Yeni kart almaq üçün müəllimlərdən sənəd toplanması elə təhsil müəssisələrindəcə həyata keçirilib. Müəllimlərin söylədiklərinə görə, kartın dəyişdirilməsi üçün onlardan şəxsiyyət vəsiqəsinin 4 surətini alınıb və Təhsil Şöbəsinə göndərilib. TŞ-dən isə "Kapitalbank”ın Sumqayıt filialına təqdim olunub. Müəllimlərin kartları iyunda hazır olub. Halbuki, kartın hazır olması üçün 3 gün yetərlidi. Əvvəllər kartlar məktəblərə göndərilir və paylanırdı. Bu il müəllimlərə bildirilib ki, banka gələrək maaş kartlarını alsınlar. Bu da bankın qarşısında böyük izdiham yaradıb. Gözləməkdən əsəbləri tarıma çəkilən müəllimlərlə bank işçiləri arasında gərginlik yaşanıb. Bundan əlavə, Şirvan şəhərində 11 №-li tam orta məktəbin tarix müəllimi Seyyub Əsəd oğlu Əsədov tərəfindən şikayət məktubu daxil olmuşdu .Narazı vətəndaş bank sektorundakı özbaşınalıqlardan giley edib. Şikayətçi yazır ki, "Kapital Bank"ın Şirvan filialı ona qarşı qanunsuz addımlar atıb: ""Kapital Bank"ın Şirvan filialı özbaşınalıq edir. Ötən ay, yəni iyun ayında əmək haqqım 06.07.2015 tarixdə 334 manat hesaba köçürüləndə, bank əmək haqqımın hamısını saxlayıb. Anlayıram, maaş bir az gecikib deyə ödəməm ləngiyib. Ancaq buna görə maaşın hamısını, son qəpiyədək saxlamaq hansı qanunda yazılıb? Təsəvvür edin ki, buna görə biz ac qaldıq. Bununla bağlı "Kapital Bank"ın Şirvan filialının müdiri Quliyev Namid Bəybala oğlunun qəbulunda da oldum. Ancaq xeyri olmadı. Sadəcə, dəqiqliklə bilmək istəyirəm, "Kapital Bank"dan götürdüyüm kreditin aylıq ödənişi 241 manat olduğu halda, niyə məndən 334 manat əmək haqqım tamı saxlanılmalıdı? Bunlar elə edirlər ki, bir müəllim ailəsiylə acından ölsün. Belə özbaşınalıq olarmı?!". Geri qayıt |