Əsas Səhifə > Ölkə, Manşet > Heydər Əsədov onunla bacara bilmir?

Heydər Əsədov onunla bacara bilmir?


7-11-2015, 15:09
Heydər Əsədov onunla bacara bilmir?
DİA.AZ: - Keçən günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər İdris oğlu Süleymanov barəsində ciddi ittihamlarla dolu informasiya ictimailəşdi. DİA.AZ bildirir ki, həmin xəbərlərdə ilginc faktlar da yer almışdı. Materialı diqqətinizə yenidən xatırladırıq:

"Dövlət Xidmətində “rüşvət alınması Qorxuludur” deyərək, ölkəyə idxal edilən 100 tonlarla ət, yağ, süd və süd məhsulları, quru süd, balıq və digər heyvandarlıq məhsullarının özlərinin təyin etdilkləri “PREYSKURANT QİYMƏTİ” günü gündən artırılır. Adının çəkilməsini istəməyən iş adamının verdiyi məlumata görə onun min cür zəhmət və maliyyə hesabına tədarük etdiyi dəri xammalının Türkiyəyə ixrac etməsi üçün Prezidentin Tapşırığından sonra hər maşına rüşvəti 100 manatdan 150 manata qaldırılıb.”Qiymətin” qaldırılmasına görə bu iş adamı dəri xammalının ixracını hecür artıra bilmir. Bəzi sahibkarlar artıq ruşvət verməklə barışsalar da olkəmizə quşçuluq məhsulları idxal edən iş adamları Cənab İlham Əliyevin sahibkarların işinə müdaxilələrin qarşısının alınması barədə tapşırığından bəhrələnərək etraz səslərini qaldıran kimi Azər İdris oğlu Süleymanov “Qiymətləri” müvəqqəti olaraq əvvəlki kimi saxladı. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən mal-material alınması, tikinti işlərinin aparılması və c. bu kimi işlərin yerinə yetirilməsi məqsədi ilə dövlət büdcəsindən ayrılan vəsaitin satıcı təşkilata, şirkətlərə hər köçürməsindən məbləğin 20 faizi “ATKAT”, xidmət rəhbərliyinə qaytarılır. Və.... Bu qanunsuz xidməti ilə dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təsdiq edilmək üçün can atır. Bu çirkin əməllərinə bəzi işçilərin mane olmamaları üçün Xidmətin dövlət qulluqçuları Azər Süleymanov tərəfindən Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbovun şəxsən yaxından havadarlığı ilə işdən çıxarılır, onlara hər cür böhtanlar atılır, Dövlət Qulluqçusunun Etik Qaydalarını pozaraq hətta qadınları belə thqir edir. Bundan ürəyi soyumayan rayon səviyyəli məmur havadarlarının dəstəyi ilə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin strukturunu qısa müddət ərzində iki dəfə 2015-ci ilin 19 oktyabr tarixli 27/M-34 nömrəli təqdimat verərək dəyişdirdi (birinci struktur dəişikliyi 17 iyun 2015-ci il). Səbəb: Azər Süleymanovun Dövlət Xidmətində davam etdirdiyi rüşvətxorluq şəbəkəsinin əleyhinə çıxan, qanunun aliliyindən xəbəri olan dövlət qulluqçularını onun əl-ayağına dolşmaması idi. Mənbə bildirir ki, hətta struktura maliyyə dəstəyi üçün Maliyyə

Nazirliyinin aidiyyəti rəhbər işçisinə 2000 manat “ŞİRNİLİK”də verildi (cənab Samir Şərifovun nəzər diqqətinə)!

Azər Süleymanov mövcud qanunları, o cümlədən “Dövlət Qulluğu” haqqında Qanunun müdəalarını pozaraq dövlət qulluğunda olmayan öz yaxın adamı Aydın Hüseynovu Göygöl rayonondan bir başa dövlət qullugunda inzibati vəzifəyə təyin etmişdir ki, buda sadaladığımız digər qanunzluqlarla bərabər, növbəti ciddi qanun pozuntusudur. Azər Süleymanovun qanunsuz əmməlləri bununla bitmir, tükənmir. Bu günə kimi Azər Süleymanovun qanunsuz əməllərindən əziyyət çəkən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri ölkə rəhbərliyinə müraciət etmiş və məsələnin qanun çərçivəsində həll edilməsi və Azər Süleymanova “yerinin göstərilməsi”nə görə səlahiyyətli şəxslərdən ümüdlə köməkliklər gözləyirlər".

DİA.AZ bildirir ki, əslində kifayət qədər ciddi imkanlara malik olan Azər Süleymanov barəsində Heydər Əsədovun müşahidə olunan susqunluğu da təsadüfi deyil. Mənbə iddia edir ki, naziri yetərincə "razı salan" Süleymanov yaxşı başa düşür ki, Heydər Əsədov ən azından gələn yanvara qədər ona toxunmayacaq: "Çünki belə anlaşıblar. Və bu vaxta qədər olan müddət yetərlidir ki, Azər Süleymanov yerini möhkəmlətsin".

Onu da bildirək ki, Azər Süleymanov xidmət rəisi təyin olunduğu gündən qurumda gərgin atmosfer yaranıb. Bunun səbəbi Azər Süleymanovun işçilərlə yola getməməsidir. Xidmət rəisinin xeyli sayda peşəkarı işdən çıxardığı bildirilir. Bu barədə hələ xeyli əvvəlindən yayılan informasiyalarda da qeyd olunurdu ki, Azər Süleymanov bu vəzifəyə təsadüfən yüksəlməyib: "Azər Süleymanov bundan əvvəl Göygöl rayonu baytarlıq idarəsinin rəisi vəzifəsində çalışıb. Bu vəzifədə olarkən kolxoz-sovxoz dövründən qalan mal-qaranın ölməsi barədə saxta aktlar tərtib edib. Bu addım ona külli miqdarda pul qazandırıb.

Bundan sonra o, Göygöldə "Karusel” İstirahət Mərkəzini, dəbdəbəli villalar tikdirib. Mənbə bildirir ki, müxtəlif maxinasiyalar həyata keçirməklə sərvətə sahib olan Azər Süleymanov icra başçısı olmaq niyyətinə düşüb. O, niyyətini reallaşdırmaq üçün lazım olan pul tədarükünü də görüb. Lakin Azər Süleymanov aylarla televiziyada sərəncamının oxunduğunu gözləsə də, niyyəti gerçəkləşməyib. Azər Süleymanova bildirilib ki, icra başçısı ola bilməz. Bunun əvəzində ona Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsi təklif edilib".

İndi belə bir "keyfiyyət" sahibinin naziri necə tovladığını təxmin etmək o qədər də çətin deyil...

Bizi izləyin, əlavə bilgilərimiz olacaq.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt