Əsas Səhifə > Ölkə, Manşet > Dünən keçirilən seçkilərin nəticələrinə müdaxilə gözlənilir

Dünən keçirilən seçkilərin nəticələrinə müdaxilə gözlənilir


2-11-2015, 11:00
Dünən keçirilən seçkilərin nəticələrinə müdaxilə gözlənilir
Dünən keçirilən parlament seçkilərinin elan olunan nəticələri qəti deyil. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, Dairə Seçki Komissiyalarından birində çox ciddi problematik vəziyyət yarandığından həmin DSK-nın nətciələri ləğv oluna, təkrar seçki keçirilə bilər.

Hələlik konkret olaraq hansı dairədən söhbətin getdiyini açıqlmayan mənbə bildirir ki, bu gün və yaxud da sabah məsələ qəti şəkildə bəlli olacaq.

Onu da qeyd edək ki, hazırda 4 seçki dairəsinin nəticələrinin hesablanmasında ciddi yubanmalar var ehtimal olunur ki, nəticələri ləğv olunacaq dairə də həmin bu DSK-lardan biri olacaq.

Geri qayıt