Əsas Səhifə > Ölkə, Manşet > Mikayıl Cabbarovun hələ görməli olduğu çox iş var...

Mikayıl Cabbarovun hələ görməli olduğu çox iş var...


15-10-2015, 09:39
Mikayıl Cabbarovun hələ görməli olduğu çox iş var...
Redaksiyamıza Qida Sənayesi Kollecinin müəllimi Musayev Sulduz Kamil oğlu tərəfindən daxil olan şikayət məktubundan bir daha aydın olur ki, kolleclərdə rüşvət, yerlibazlıq, özbaşınalıq kimi hallar müəllimlərin iş yerlərini itirməsinə gətirib çıxarır. Faktinfo.az-a daxil olan məlumatdan aydın olur ki, 2015-ci il tədris ilində Qida Sənayesi Kollecinin müəllimi Musayev Sulduz Kamil oğluna dərs yükü verilmədiyindən tərəflər arasında narazılıq başlamışdır. Bir az sonra isə kollecin tədris işləri üzrə direktor müavini Sadıq Məmmədov öz tərəfdarları ilə birgə iclas keçirmiş, iqtisadiyyat fənnini tədris edən Musayev Sulduz Kamil oğlunun ixtisara salınıb, kollecdən kənarlaşdırılmasına dair qərar qəbul etmişdir. Hətta, qabağa gedərək, direktor müavini Sadıq Məmmədov Musayev Sulduza hədə-qorxu yolu ilə ondan işdən çıxmasına dair ərizə yazmağı da tələb etmişdir.

Faktinfo.az bildirir ki, Sulduz Musayev ərizəni yazmasa da, müxtəlif dairələrə kollecdəki biabırçılıqları əhatə edən ərizələr yazmışdır. Məsələn, Sulduz Musayev yazır ki, kollecdə tədrisin keyfiyyəti sıfıra bərabərdir. Müəllimlər dərsə gəlməyən, oxumayan, semestr zamanı tədris proqramına əhatəli şəkildə cavab verməyən tələbələrə qiymət yazılmasına məcbur edilir. Sadıq Məmmədov bu işlərin başında dayanıb, hər semestr kollecdə 200-300 min manat rüşvət yığır.

Kollecdə köhnə inzibati metodla idarəetmə hökm sürür. Kurs işləri arxivdəki sənədlərin üzü köçürülməklə tərtib edilir. Tələbələr təcrübədə olmur, təcrübə əvəzinə rüşvət verir. Savadlı, haqqını tələb edən müəllimlər işdən çıxarılır, rüşvət hesabına yeniləri işə qəbul olunur. Adını da qoyurlar, nazir belə tələb edir. Dərsə gəlməyən və bir çox tələbələrin təqaüd kartlarının kollec rəhbərliyində olması şübhə doğurmur, işə çıxmayan “ölü canların” mövcudluğu, kollecdə inventarların alınmasında mənimsəmələr, kollecin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasına ehtiyac olduğu bildirilir. Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt