Əsas Səhifə > Ölkə, Manşet > Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü...

Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü...


28-09-2015, 09:02
Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü...
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycanı tərk edib. İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, Anar Məmmədovun ölkədən gedişi atası ilə əlaqədar problemlərlə bağlıdır.

Qeyd edək ki, Ziya Məmmədov artıq hakimiyyət komansında nüfuzunu itirib. Prezident İlham Əliyevin də ona etimad göstərmədiyi bildirilir. Ziya Məmmədovun səlahiyyətlərinin bir qisminin əlindən alınması və onun prezident səviyyəsində tənqid edilməsi bu məlumatların əsassız olmadığını göstərir. Məlumat üçün deyək ki, "Azərbaycan Dəmir Yolları" QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. Bundan başqa Ziya Məmmədovun nəzarətində olan "Transqeyt" şirkətinin marşrut avtobuslarının xəttə buraxılmasına qadağa qoyulub. Taksilərə lisenziya verilməsi də ASAN xidmətə tapşırılıb. Ziya Məmmədovun nəzarətində olan Bakı Beynəlxalq Avtovağzalı da nazirin əlindən çıxıb. Bəzi məlumatlara bütün bunlar Ziya Məmmədovun "vurulması" planının tərkib hissəsidir.

İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, Ziya Məmmədov özünə qarşı planlarda oğluna da təhlükə görür. Bu baxımdan da onu ölkədən çıxarıb.

Geri qayıt