Əsas Səhifə > Ölkə, Manşet > Cahangir Hacıyevin ceçen şəriki hücuma keçib

Cahangir Hacıyevin ceçen şəriki hücuma keçib


27-07-2015, 10:32
Cahangir Hacıyevin ceçen şəriki hücuma keçib
Beynəlxalq Bankla bağlı "kredit qalmaqalı"na görə hazırda 17 nəfər həbsdədir. Bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, onlardan bəziləri Kürdəxanı təcridxanasında, bəziləri isə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır.

Həbsdə olanlardan biri də "Qara polkovnik" kimi tanınan, mərhum polis polkovniki Fətullah Hüseynovun oğlu Adil Hüseynovdur.

Adil Hüseynov Beynəlxalq Bankın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəliyinin rəhbəri olub. O bu il mayın 13-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb. Orada Adil Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Qeyri-rəsmi məlumatlara görə, Adil Hüseynov 319 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunur. Lakin sonradan onun vəkili Kamandar Nəsibov mətbuata bildirib ki, həmin vəsait Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyində "İntertekstil" fabrikinin və poladtökmə zavodunun inşasına sərf olunub. Özü də kredit Adil Hüseynov tərəfindən götürülməyib.

Əldə etdiyimiz yeni məlumatlara görə, artıq Adil Hüseynovum mənimsədiyi məbləğ təxminən 20 dəfə azaldılıb. Bundan başqa bildirilir ki, 2 aydan artıqdır həbsdə olan Adil Hüseynovla bağlı heç bir istintaq hərəkəti aparılmır. Həmçinin onun vəkili 2011-2012-ci ildə "İntertekstil" fabrikində və poladtökmə zavodunda aparılan audit yoxlamasının nəticələrini tələb etsə də, müxtəlif bəhanələrlə verilmir. Həmin nəticələrdə yoxlamalar zamanı hər hansı maliyyə pozuntusunun aşkar olunmadığı qeyd edilir.

Bəzi məlumatlara görə, Adil Hüseynovun hələ də həbsdə saxlanılması Fuceyrə əmirliyindəki müəssisələrlə bağlı mübahisəli vəziyyətin yaranması səbəb olub. Qeyd edək ki, çeçen əsilli iş adamı Hüseyn Marayevin bu müəssisələrdə 50 faizlik payı var. Lakin o, hakimiyyətin üst qatı ilə qohumluq münasibətlərindən yararlanaraq müəssisələri tam şəkildə nəzarətinə keçirmək istəyir. Bu mübahisə onunla Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev arasında yaranıb. Sadəcə vaxtilə Cahangir Hacıyevin nümayəndəsi kimi Adil Hüseynovla çəkişib. Məhz Adil Hüseynovun səyləri nəticəsində bu günə qədər müəssisələri ələ keçirə bilməyib. İddialar görə indi Hüseyn Marayev fürsətdən istifadə edərək Adil Hüseynovdan qisas almağa çalışır. Nədənsə hüquq-mühafizə orqanları da onunla əlbir görünür.

C.Hacıyevlə H.Marayev öncə ortaq olublar. Ancaq 4-5 il öncə münasibətləri pozulub və rəqibə çevriliblər.

Geri qayıt