Əsas Səhifə > Ölkə, Manşet > Dövlət komitəsi sahibkarların qara kabusuna çevrilib...

Dövlət komitəsi sahibkarların qara kabusuna çevrilib...


21-05-2015, 11:21
Dövlət komitəsi sahibkarların qara kabusuna çevrilib...
Ramiz Həsənovun sədri olduğu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə bağlı mətbuatda tez-tez xoşagəlməz fikirlər eşidirik. Sahibkarların yersiz yerə incidilməsi, hüquqlarının pozulması kimi halların baş verdiyi bildirilir. Əsasən də belə xoşagəlməz işlərin rayon şöbələrində baş verdiyi bildirilir. Hətta qeyd olunur ki, bu işlərin arxasında Komitənin sədr müavini Əbülfət İmanov dayanır.

Əldə etdiyimiz məlumata görə komitənin məsul şəxsləri öz istəklərini genişləndirmək naminə sahibkarların üzərinə qoyulan planı da bəzən artırırlar. Bu isə təbii ki, ciddi narahatlığa səbəb olur.

Məlumata görə, xidmət əməkdaşları son aylar yanacaqdoldurma məntəqlərinə yönələn "hücumları" da intensivləşdiriblər.

Sahibkarlar deyirlər ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti və onun rəisi Əbülfət İmanovun "fəaliyyəti" ciddi gərginliyə yol açıb: "Əbülfət İmanovun rəhbərlik etdiyi xidmət və onun qoçusayağı davranan əməkdaşlarının qanunsuz əməlləri səbəbindən hazırda xeyli iş yerləri bağlanmaq təhlükəsiyə üzləşib. Əgər real vəziyyət belədirsə, o zaman Ramiz Həsənovun, Əbülfət Imanovun və onların adamlarının əməllərinə necə ad verə bilərik? Bu, ölkədə yeni iş yerləri yaratmış sahibkarlardan çox, dövlətə və onun siyasətinə qarşı çıxmaq deyilmi? Əgər sahibkarın səhvi varsa, qanunla tədbir görsünlər. Gedin, dəqiqləşdirin, görək, bu günə qədər nə qədər yanacaqdoldurma məntəqəsinə qarşı rəsmi cərimə tətbiq ediblər? Və niyə məntəqələr arasında ayrı-seçkilik var?".

Verilən məlumatda göstərilir ki, Komitənin Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları rayonlarda, əsasən də kənd yerlərində sahibkarlıqla məşğul olan vətəndaşların canını boğazlarına yığırlar. Bu əsasən yanacaqdoldurma məntəqələri ilə bağlı baş verir. Dəfələrlə yoxlamalar təşkil edən komitə işçiləri istəklərinə nail olmayana kimi fasilə vermirlər. "Lakin son vaxtlar Komitənin Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Ərazi İdarələrinin işçiləri tərəfindən sahibkarlıq fəaliyyətimizə mane olan bürokratik əngəllər yaradılır, plandan kənar yoxlamalar barədə əsassız qərarlar qəbul edilir və digər bu kimi tədbirlər həyata keçirilir. Sahibkarlarlıq fəaliyyətimizə yerli-yersiz müdaxilələr edilir, müxtəlif əsassız yoxlamalar aparmaqla işimizə maneçilik törədilir", deyə sahibkar bildirir. Narazı vətəndaşlar qeyd edir ki, komitənin yoxlama aparan işçiləri 2 deyib dururlar. Nə aşağı düşürlər, nə də yuxarı qalxırlar. Sahibkarlar bildirir ki, kənd yerində yanacaqdoldurma məntəqəsi işlətmələrinə baxmayaraq, gəlirləri elə çox deyil ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin işçilərinin çaldıqları hava ilə oynasınlar. Ona görə də, incidilir, get-gələ salınırlar.
\\ "Gündəlik Bakı" \\
Geri qayıt