Əsas Səhifə > Ölkə, Manşet > İcra başçısı Masallıda SSRİ dövrünün qalıqlarını belə təmizləyir...

İcra başçısı Masallıda SSRİ dövrünün qalıqlarını belə təmizləyir...


20-05-2015, 10:19
İcra başçısı Masallıda SSRİ dövrünün qalıqlarını belə təmizləyir...
Masallının Kalinovka kəndinin sakinləri JAM.AZ-a müraciət edərək, üzləşdikləri problemlərdən şikayətçi düşüblər. Kənd sakinləri adından saytımıza məktub ünvanlayan Kamran Nadirov yazır ki, Kalinovkada hələ keçmiş SSRİ dövründə inşa edilmiş yay və qış mədəniyyət kinoklubları yerlə yeksan edilib.

Onun sözlərinə görə, bu kinoklublar kənd ərazisində yeganə mədəniyyət ocaqları sayılırmış. Kamran Nadirov JAM.AZ-a bildirib ki, bu kinoklubların yerlə yeksan edilməsinin səbəblərinə dair məlumatlar da dolaşır. «Deyilənlərə görə, Mədəniyyət və Turizm Nazirliyinin balansında olan bu klubları sökdükdən sonra, onların torpaq sahələrini satmaq istəyirlər».

Qeyd edək ki, Masallıda belə hallar ilk deyil və indiyə qədər dəfələrlə baş verib. Yerli mədəniyyət və turizm şöbəsinin müdiri Lətifə Mövsümovanın başı pul qazanmağa qaraşdığından gözünə nə klub, nə də mədəniyyət evi görsənir. Hələ bir neçə il bundan əvvəl 280 min manatlıq tender oyunlarında adı hallanan, daha sonra bir neçə şirkəti üzə çıxan şöbə müdirinin Kalinovka kəndindəki kinoklubu sökdürməsi də qeyri-adi deyil. Görünür, Lətifə xanım, bu dəfə də hansısa maraqlarını ifadə edəcək.

Geri qayıt