Əsas Səhifə > Ölkə, Manşet > "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin rəhbərliyindən şok qərar
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin rəhbərliyindən şok qərar18-03-2015, 11:34 |
Əslində bu. Azərbaycan dövləti üçün ayıb olan bir məsələdir. Hər halda dövlət qurumlarından birinin, konkret olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin bu gün elan etdiyi qərar kifayət qədər ürəkağrıdan və bu qərarın altından imzasını basan Rauf Əliyevin adına olan bir ayıbdır. Məlumatlı mənbədən Vertikal.az-a verilən informasiyada bildirilir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbəri Rauf Vəliyev daxili bir qərar imzalayıb. Qərara görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə müraciət edən bütün Qarabağ şəhidi ailələri, Milli Qəhrəman ailələri, Qarabağ əlilləri, bir sözlə, 1-ci Qarabağ savaşında özü və yaxınları iştirak etmiş bütün şəxslərə istənilən bir mövzuda rədd cavabı verilməlidir. Xəbəri verən mənbə bildirir ki, Rauf Vəliyevin göstərişinə əsasən sözügedən kateqoriyadan olan vətəndaşların qurumun qapısından qovulması net şəkildə ifadə olunub. Hər halda bu xəbəri eşidəndə Rauf Vəliyevin hansı dövlətə işlədiyini təxmin belə edə bilmədik. Əgər bu adam Azərbaycan dövlətiniin vətəndaşıdırsa və bu dövlətə biət edirsə, ən azından onun müdafiəsində canını fəda edənlərə belə bir düşmən münasibəti sərgiləməzdi. Məlumdur ki, bu gün başda prezident İlham Əliyev olmaqla, hakimiyyət qeyd olunan zümrə ilə bağlı xüsusi tədbirlər həyata keçirməkdədir. Görünür, Rauf Vəliyev özünü nə bu hakimiyyətdən, nə də bu dövlətdən hesab etmir. Geri qayıt |