Əsas Səhifə > Ölkə, Manşet > Azad Rəhimovun vəzifəsinin böyüdüləcəyi iddia olunur...

Azad Rəhimovun vəzifəsinin böyüdüləcəyi iddia olunur...


17-03-2015, 11:24
Azad Rəhimovun vəzifəsinin böyüdüləcəyi iddia olunur...
Gənclər və İdman naziri Azad Rəhimovun vəzifəsi artırılır. Bu barədə Vertikal.az-a olduqca maraqlı informasiya ötürülüb.

Hakimiyyətin gələn ilin əvvəllərinə nəzərdə tutulan böyük kadr islahatları barədə danışan qaynaq iddia edir ki, rəsmi Bakı ciddi dəyişikliklərə qərarlıdır.

Və çoxdan gözlənilən baş nazir dəyişikliyi, hətta Bakı meri postunda belə dəyişiklik məhz gözlənilən prosesdə icra olunacaq.

Xəbərdə deyilir: «Dəyişikliyə əsasən hazırda Gənclər və İdman naziri postunu tutan Azad Rəhimov baş nazir gətirilir. Doğrudur, onunla bərabər Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasovun da baş nazir postuna namizədliyi kifayət qədər şanslıdır. Amma Azad Rəhimovun üstünlüyü daha qabarıq şəkildə hiss olunandır».

Mənbə iddia edir ki, bütün bu yeniliklərə bu ilin sonlarından və gələn ilin əvvəllərindən gedəcək iqtidar düşərgəsi gözlənilən kadr islahatları zamanı gənc kadr potensialına da üstünlük verəcək.

Geri qayıt