Əsas Səhifə > Ölkə, Manşet > Heydər Əsədovdan daha bir plan: Yüzlərlə qəssab işsiz qala bilər

Heydər Əsədovdan daha bir plan: Yüzlərlə qəssab işsiz qala bilər


13-03-2015, 11:43
Heydər Əsədovdan daha bir plan: Yüzlərlə qəssab işsiz qala bilər
DİA.AZ: - Kənd Təsərrüfatı naziri Heydər Əsədov yüzlərlə insanı işsiz qoya biləcək bir prosesə start verib. Ən azından bu gün Nazirlik adından yayılan açıqlamadan belə bir təəsürat yaranır.

DİA.AZ bildirir ki, bu gün Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov ilginc bir açıqlama ilə çıxış edib:
“Bakıda tikilən ət kombinatları istifadəyə veriləndən sonra diri heyvanların şəhərə girişi qadağan olunacaq”.

Hər halda bunun nəyə işarə olduğu tam başa düşüləndir. Doğrudur, nazirliyin bu addımı gərəkəndir. Amma bu da bir faktdır ki, hazırda Bakıda yüzlərlə qəssabxana var ki, onlar məhz diri heyvan kəsərək satışa çıxarmasalar, müştəriləri olmayacaq.

A. Aslanovun sözlərinə görə, hazırda Bakı şəhərinin girişində iki yerdə ət kombinatlarının tikintisi aparılır: “İribuynuzlu heyvanların kəsilməsi üçün nəzərdə tutulan ət kombinatlarının tikintisi davam etdirilir. Yaxın zamanlarda onlar istifadəyə veriləcək. Həmin ət kombinatlarında bir gündə 5 min baş iribuynuzlu heyvanın kəsilməsi mümkün olacaq. Ət kombinatları istifadəyə veriləndən sonra Bakı şəhəri ətlə tam təmin olunacaq, beləliklə də tələblərə cavab verməyən sallaqxanalar yığışdırılacaq”.

A.Aslanov qaydalara cavab verməyən sallaqxanalarda mütəmadi reydlərin keçirildiyini də qeyd edib.

Nə deyirik, vətənə, millətə xeyirli olsun...

Geri qayıt