Əsas Səhifə > Ölkə, Manşet > Mədət Quliyev özünü günü-gündən çətin vəziyyətə salmaqdadır

Mədət Quliyev özünü günü-gündən çətin vəziyyətə salmaqdadır


29-01-2015, 11:17
Mədət Quliyev özünü günü-gündən çətin vəziyyətə salmaqdadır
DİA.AZ: - Dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyevin istefa ərizəsi yazması ilə bağlı informasiya yayıldı. Bildirək ki, bu məlumatı yayan qaynaq son zamanlar xidmət rəisini hədəfə alan situasiyanın yetişdiyini əsas kimi göstərmişdi. Bildirilirdi ki, Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunun qatilinin məhbəsdə şübhəli şəkildə uşaq dünyaya gətirməsi, habelə həbsxanada müəmmalı ölümlərin artması Mədət Quliyevi birbaşa olaraq «yuxarıların» hədəfinə çevirib ki, nəhayətdə o, istefa vermək zorunda qalıb.

Amma bu gün yayılan xəbər Penitensiar Xidmət tərəfindən təkzib olundu. Lakin bu təkzibin özü belə mövcud gərginliyin inkarı anlamına gəlmir. Bu barədə DİA.AZ-a danışan hüquq-mühafizə orqanlarındakı mötəbər mənbə bildirir ki, Mədət Quliyev ən gərgin anlarını keçirir:

«Təbii ki, ondan hesab sorulur və Mədət Quliyev vəziyyətdən çıxmağa çalışır. Hətta Lamiyənin adından mətbuata bir müraciət də ünvanlandı. Bu müraciətin hazırlanmasında Lamiyədən çox, Penitensiar Xidmət rəhbərliyinin iştirakı da göz önündədir. Bundan əlavə, Lamiyənin məhbəsdə uşağının DNT testlərini əldə etməsi də hansı şəraitdə və hansı zərurətdən mümkün olub?

Ortada kifayət qədər qaranlıq məqamlar var.

Sadəcə olaraq Mədət Quliyevə bildirilib ki, özünü vəziyyətdən çıxarsın. Amma görünəni odur ki, xidmət rəisi buna təşəbbüs göstərərkən özünü daha da çətin vəziyyətə salıb. Bu da haqlı olaraq Mədət Quliyevin istefasını gündəmə daşıyıb».

Mənbə dia.az-a onu da bildirdi ki, yaxın günlərdə belə bir addım atıla bilər: «Onun istefası bu gün iqtidar dəhlizlərində kifayət qədər ciddi şəkildə müzakirə olunur».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt