Əsas Səhifə > Ölkə, Manşet > Xankəndidəki separatçı rejim Qarabağ cəbhəsindəki itkiləri etiraf etdi:

Xankəndidəki separatçı rejim Qarabağ cəbhəsindəki itkiləri etiraf etdi:


27-01-2015, 11:17
Xankəndidəki separatçı rejim Qarabağ cəbhəsindəki itkiləri etiraf etdi:
DİA.AZ: - Qarabağ cəbhəsində düşmən tərəfi böyük itkilər verməkdədir. Bu barədə artıq erməni xəbər portalları da həqiqəti gizlədə bilmirlər. Halbuki dünənə qədər düşmən tərəfi cəbhə xəttindəki itkilərini gizlətməklə məşğul idi.

DİA.AZ-ın məlumatına görə, Xankəndidəki separatçı rejimin «müdafiə nazirliyi»nə istinadən məlumat verən «yerkir.am» saytı 2015-ci ildə erməni tərəfinin itkilərinin 26-ya yüksəldiyini xəbər verib.

DİA.AZ-ın «yerkir.am»a istinadən verdiyi məlumatda deyilir: «Ağır döyüşlər nəticəsində düşmən tərəfinin 2 əsgəri yaralanıb. Təəssüf ki, Azərbaycanın diversiya hücumunu dəf edərkən hərbi qulluqçular Muradyan Karen Aşotoviç və Tutxalyan Zatik Martunoviç, habelə baş leytenant Zurabyan Asmver Seyranoviç həlak olublar. Bununla da 2015-ci il ərzində itkilərin sayı 26-ya yüksəlib».

Geri qayıt