Əsas Səhifə > Ölkə, Manşet > Mikayıl Cabbarov 1 saylı Tibb Texnikumunun fəaliyyətini yoxlatdıracaq

Mikayıl Cabbarov 1 saylı Tibb Texnikumunun fəaliyyətini yoxlatdıracaq


22-09-2014, 16:50
Mikayıl Cabbarov 1 saylı Tibb Texnikumunun fəaliyyətini yoxlatdıracaq
DİA.AZ: - Daha bir təhsil ocağı Hesablama Palatasının hədəfinə çevrilə bilər. Bu barədə DİA.AZ-a təhsil nazirliyindəki qaynaqlar informasiya verib. Xəbəri verən mənbə iddia edir ki, ümumiyyətlə, təhsil sektorunda ciddi islahatlar aparılır və sərt qərarlar gözlənilir.

Mənbənin dia-az.life-a söylədikləri: «Bakıda yerləşən bir neçə ali tədris müəssisəi, habelə 1 saylı Tibbi Kollecinin fəaliyyəti araşdırılacaq. Birbaşa olaraq təhsil nazirliyinin sifarişi ilə Hesablama Palatasının ekspertləri həmin tədris ocaqlarını təftiş edəcək».

Mənbə onu da əlavə edib ki, yoxlamaların nəticəsi olaraq sərt qərarlar veriləcək: «Yəni ali təhsil ocaqları ilə bağlı araşdırmaların yekununda əldə olunan faktlara hüquqi qiymətin verilməsi nəzərdə tutulub».

Geri qayıt