Əsas Səhifə > Ölkə, Manşet > "UniBank" müştərilərin başına oyun açır

"UniBank" müştərilərin başına oyun açır


11-09-2014, 13:54
"UniBank" müştərilərin başına oyun açır
Bəzi özəl bankların biabırçı fəaliyyəti ilə bağlı dəfələrlə ölkə mətbuatında yazılar dərc olunsa da yaxşılığa doğru heç nə dəyişmir, əksinə vəziyyət getdikcə daha dözülməz olur. 10352763 10152149150656238 5532397101244521764 n 350x196 UNIBANK müştərilərin başına oyun açırBir neçə dəfə Milli Məclisin tribunasından bankların biabırçı fəaliyyəti “soyğunçuluq” kimi səciyyələndirilib. Vəziyyət o qədərcədə pisləşib ki, hətta dövlət başçısı NK-nin sonuncu müşavirəsində bu problemə münasibət bildirərək, “bankları öz məsuliyyətlərini başa düşməyə” çağırdı. Belə məsuliyyətsiz banklardan biri də UNİBANK-dır. Az bir vaxtda əgər Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az ) bu bankla bağlı bir neçə şikayət ərizəsi daxil olubsa, deməli nə qədər şikayətçi olduğunu təsəvvür eləmək çətin deyil. Şikayətlərin birində məlum olur ki, UNİBANK hətta özünün nümunəvi müştərisinə belə təminat verə bilmir. Qısa xatırlatma üçün bildirək ki, “platin kart”ın sahibi Mirzəyev Kamran Fərman oğlunun kartından 5000 manat pul çıxarılıb və əməliyyat Tailanddan həyata keçirilib. Müştəri baş verənlərlə bağlı bankın rəhbərliyinə vaxtında məlumat verib və əməliyyatdan xəbərsiz olduğunu bildirib. Bank isə öz nümunəvi müştərisinin hüquqlarını qorumaq əvəzinə tələsik Nərimanov məhkəməsinə müraciət edərək müştərisini borclu çıxardıb. Axı, kartdakı pulu qorumaq birbaşa bankın funksiyasına daxildir. Müştəri haqlı olaraq tələb edir ki, hər hansı ONLAYN ödəniş edilərkən bank dərhal müştəriyə bu ödənişin təsdiqi üçün PAROL ŞİFRƏ göndərməli və müştəri həmin parol şifrəni yığmaqla bu əməliyyatı təsdiq etməlidir, mənə isə parol şifrə göndərilməmişdir. Deməli günahkar bankdır. Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) daxil olan ikinci şikayət də bir daha sübut edir ki, UNİBANK öz müştərilərinə qarşı biabırçı münasibət sərgiləyir. Bu şikayətin müəllifi isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşınski küc., A 1 yataqxana, ev 21-də qeydiyyatda olan, faktiki Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küç., bina 15 V,mənzil 18-də yaşayan Nəsibov Həmid Mədət oğludur. Şikayətin qısa məzmunu belədir: “ 09 fevral 2008-ci ildə “Girov müqaviləsi” imzalayaraq müqaviləyə əsasən, bankdan 23.800 manat məbləğində pul götürərək “Mercedes” markalı maşın almışam. Maşın dərhal bank tərəfindən sığortalanıb. Vaxtlı-vaxtında pul ödənilib. Ancaq 5 aydan sonra maşın oğurlanıb”. Sonradan maşın oğruları tutularaq məhkəməyə verilmiş, Xətai rayon məhkəməsi həmin ogrular barəsində həbs-qəti imkan tədbiri seçmişdir. Məhkəmə tərəfindən “Unibank”-a dəyən ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmuşdur. Ən təəccüblüsü odur ki, bu hadisədən 5 il keçəndən sonra UNİBANK ayılaraq müştərini məhkəməyə verib və ondan pul tələb edir. Birincisi, sığortalı maşının oğurluğuna görə niyə müştəri məsuliyyət daşımalıdır? İkincisi, hadisədən 5 il keçəndən sonra bank hansı haqla müştərini məhkəməyə verir? Ən dəhşətlisi odur ki, UNİBANK “Baku Collecting Agency” adlı qurumla müqavilə bağlayaraq problemli kreditləri həll etmək üçün müştərilərin üstünə “qoçu dəstəsi” göndərir. Bizə elə gəlir ki, təkcə bu 2 şikayət ərizəsi bəs edir ki, belə bankların fəaliyyətinə son qoyulsun. Çünki dənizin dadını bilmək üçün bircə damcı kifayət elədiyi kimi, 2 ərizə də UNİBANK-ın fəaliyyəti haqda nəticə çıxartmağa əsas verir.

Geri qayıt